Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsviri

 

Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Medalın ümumi təsviri

Azərbaycan Respublikasının “Şücaətə görə” medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1.Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca “ŞÜCAƏTƏ GÖRƏ” sözləri yazılmışdır.

2.2.Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən solsağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir.

2.3.Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir.

2.4. Bütün yazılar və elementlər relyeflidir.

Maddə 3. Medalın arxa tərəfi

3.1.Medalın arxa tərəfinin mərkəzində “AZƏRBAYCAN RESPUBLİKASININ “ŞÜCAƏTƏ GÖRƏ” MEDALI” sözləri yazılmışdır.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın nömrəsi həkk olunmuşdur.

3.3. Bütün yazılar relyeflidir.

Maddə 4. Medalın elementləri

4.1.Medalın paltarın yaxasına bərkidilmək üçün 37 mm x 50 mm ölçüdə, halqa ilgək vasitəsilə medala birləşdirilən beşbucaqlı elementi vardır.

4.2.Elementin üzərinə mərkəzində 15 mm enində boz, mərkəzdən kənarlara doğru, ardıcıl olaraq, 1 mm enində 10 mm enində göy üfüqi zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.

4.3.Elementin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, üzərində ulduz, aypara dəfnə yarpaqları təsvir edilmiş lövhə bərkidilmişdir. Ulduz, aypara dəfnə yarpaqları relyeflidir.

4.4.Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

 

Azərbaycan.- 2016.- 9 dekabr.- S.2.