Ulu öndərin xatirəsi qəlblərdə daim yaşayacaq

 

Dekabrın 8-də Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Milli Məclisin deputatları, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların, aliorta təhsil müəssisələrinin kollektivləri, ictimaiyyətin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak etdilər.

Mərasimdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən danışdı. Dedi ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edironun hər səhifəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyev qeyri-adi şəxsiyyət kimi insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına pozitiv təsir göstərmək iqtidarında olmuş, məhz bu xüsusiyyətləri sayəsində idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici hissəsini arxasınca apara bilmişdir. XX əsr Azərbaycan tarixinin ən parlaq siması Heydər Əliyev xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin banisidir.

Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükələrdən qurtardı. Onun düşünülmüş siyasi təcrübəsi sayəsində ölkədə hökm sürən xaosanarxiya, iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliklər aradan qaldırıldı. Ulu öndər vətənimizin ərazi bütövlüyünün qorunub saxlanılması, ölkənin parçalanma təhlükəsinin aradan qaldırılması və müstəqilliyimizin möhkəmləndirilməsi yolunda misilsiz xidmətlər göstərmişdir. Ümummilli lider “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə söyləyən ümummilli lider Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Məhz ulu öndər 1993-cü ildə siyasi hakimiyyətə gəldikdən sonra müstəqil Azərbaycan dövlətinin hüquqisiyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətləndi. Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan çıxmış inkişaf kursunun tətbiqinə nail oldu.

Ümummilli lider Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modeli özünəməxsus uzaqgörənliklə əsaslandırmış, eyni zamanda, bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini vurğulamışdır. Heydər Əliyevin rəhbərliyi altında iqtisadi sahədə həyata keçirilən islahatların başlıca qayəsini - iqtisadi cəhətdən güclü və müstəqil milli şirkətlərin yaradılması, insanların biznes təşəbbüskarlığının, özünüifadə və özünütəsdiq imkanlarının artırılması, demokratik dəyərlərin ictimai şüurda möhkəmlənməsi kimi mühüm prinsiplər təşkil etmişdir.

Ulu öndər dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. İctimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan, bunu əsl məmurluğun formuluna çevirən Heydər Əliyev yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasihüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir.

A.Əsgərov daha sonra dedi ki, Heydər Əliyev tərəfindən işlənib hazırlanaraq ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir. Azərbaycanda milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlimişdir. Cənab İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.

Qeyd olundu ki, Heydər Əliyev siyasi kursu daim inkişafda olan bir təlim olaraq yaşayır və müstəqilliyimizin daha da möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyev ümummilli liderin siyasi kursunu layiqli şəkildə davam etdirərək praqmatik daxilixarici siyasəti ilə ölkəmizi uğurlu gələcəyə aparır. Bu gün xalqla dövlət arasında sıx bağların olduğuna diqqət yönəldilərək deyildi ki, Heydər Əliyev ideyaları və siyasi kursu Azərbaycanda daim yaşayacaq. Heydər Əliyev siyasi kursu daim inkişafda olan bir təlim olaraq yaşayır və həmişə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə təkan verir. Prezident İlham Əliyev bir çox sınaqlardan çıxmış bu dövlətçilik strategiyasını yaradıcı şəkildə və böyük səriştə ilə davam etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan inamla addımlayır, özünün sabit və davamlı inkişafı ilə bölgədə liderliyini möhkəmləndirir, dünyada nüfuzunu durmadan artırır. Bütün ömrünü xalqın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir.

Mərasimdə ulu öndərin keçirdiyi mənalı ömür yoluna həsr olunmuş videoçarx göstərildi.

Sonra tədbir konsert proqramı ilə davam etdi.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.-2016.- 9 dekabr.- S.8.