Böyük ehtiram nümunəsi

 

Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan УHeydər Əliyev kitabxana - nəsillərdə yaşayan ənənəФ mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev ilə bağlı MEK-ə hədiyyə edilmiş kitabların sərgisi ilə tanış olublar.

MEK-in direktoru Leyla İmanova Ulu Öndərin hakimiyyətdə olduğu illərdə kitabxananın əsaslı inkişaf yolundan danışıb. O deyib: УMillətin portreti Ц onun dəyər verdiyi, mədəni tarixi abidələr şəklində qoruyub saxladığı, öyrəndiyi yaşatdığı milli dünya irsidir. Bu irsin əsas, intellektual yüklü hissəsi isə kitabxanalarda saxlanılır. Bugünkü tədbirin məqsədi Mərkəzi Elmi Kitabxananın nümunəsində 1993-cü ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin kitabxanalara göstərdiyi diqqətin, verdiyi dəyərin əməli qərarların dayanıqlı davamlı olmasını nümayiş etdirməkdirФ.

MEK-in direktoru qeyd edib ki, Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin mühüm məqsədlərindən biri müasirlərimizdə tarixi yaddaş duyğusunu gücləndirmək, öz dilinə, ədəbiyyatına sahib çıxmaq, bununla da əcdadlarımızın yaratdığı mənəvi sərvətlərə həqiqi varis, torpağa əsl sahib formalaşdırmaq idi. Bu baxımdan MEK-in hazırda üzərində çalışdığı MRY, Vikipediya VİS layihələri, həyata keçirdiyi elektron kataloqlaşdırma, qanunvericiliyə təkliflər çoxlu sayda başqa təşəbbüslər MEK-ə oxucu icmasını formalaşdırmaq akademik icmanın mərkəzinə çevrilmək imkanı verir.

Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən MEK-in direktoru bildirib ki, Heydər Əliyevin azərbaycançılıq dövlətçilik ənənəsi, xalqına, tarixinə, mədəniyyətinə olan məhəbbəti fəaliyyəti nəsildən-nəslə ötürülən ənənə formasını alıb.

Tanınmış ziyalıların, elm təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdikləri tədbirdə mövzu ilə bağlı təqdimat olub.

 

Azərbaycan.- 2016.- 9 dekabr.- S.8.