Azərbaycan iqtisadiyyatının yeni inkişaf strategiyası

 

Prezident İlham Əliyevin müəllifi olduğu islahatlar kursu növbəti mərhələyə qədəm qoyur

 

İqtisadiyyatın diversifikasiyası, inkişafın əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun yüksəlişi Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Aparılan islahatlar nəticəsində son illər ərzində bu sahələrdə mühüm nailiyyətlər əldə olunub, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, ixrac potensiallı yüksək rəqabətqabiliyyətli malların istehsalı genişlənib.

 

İslahatlar uğurla reallaşır

 

Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi 2016-cı ilin ötən dövrü ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib. Lakin hazırda dünyada gedən proseslər iqtisadi islahatları daha da genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasını tələb edir. Həmçinin idxaldan asılılığın azaldılmasını, ixracyönümlü qeyri-neft sektorunun inkişafı kimi prioritetlərin ön plana çəkilməsini, mövcud potensialdaninvestisiya mühitindən daha səmərəli istifadəni zəruri edir. Çünki qlobal iqtisadi proseslər Azərbaycan iqtisadiyyatına da müəyyən mənfi təsirini göstərib. Belə ki, ölkəmizdə mahiyyət etibarilə əvvəlki illərdən fərqli makroiqtisadi vəziyyət yaranıb. Xüsusən, dünya enerji bazarlarında təklifin artması, tələbin isə həmin artma ilə zəif ayaqlaşması ölkə iqtisadiyyatı üçün əsas gəlir və valyuta daxilolması mənbəyi olan neftin qiymətini ucuzlaşdırıb və hələ də aşağı səviyyədə qalmasını şərtləndirir.

Bu mənada hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək, onun ixrac imkanlarını genişləndirməkdir. Odur ki, dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiyabiznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradılması, qeyri-neft ixrac potensialının artırılması sahəsində tədbirlər həyata keçirilib. Eyni zamanda idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində il ərzində mühüm qərarlar qəbul edilib.

Bunlardan irəli gələrək makroiqtisadi sabitliyin bərqərar olunması, strukturinstitusional islahatların sürətləndirilməsi istiqamətində addımlar atılıb. Bu tədbirlər kənd təsərrüfatının, sənayenin artım sahələrini müəyyənləşdirilərək inkişaf etdirilməsi, gələcək neqativ ssenarilərə qarşı qoruyucu və qabaqlayıcı mexanizmlərin reallaşdırılması kimi məqamları ehtiva edir. Həmçinin ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, pulfiskal siyasətlərin sərtləşdirilməsi, maliyyə-valyuta bazarlarında sağlam və dayanıqlı vasitəçiliyin bərpa olunması kimi vacib məsələləri özündə birləşdirir. Yeni iqtisadi şəraitdə ölkəmizdə həyata keçirilən bu islahatlar beynəlxalq maliyyə institutları - Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən də yüksək qiymətləndirilir və Azərbaycanın mövcud iqtisadi şəraitdə atdığı addımlar dəstəklənir.

 

Prioritetləri əhatə edən strateji yol xəritələri

 

Yanvarın 18-də Prezident İlham Əliyev “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə bir sıra vacib tədbirlərin həyata keçirilməsi qarşıya vəzifə qoyulub.

Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 1 mart 2016-cı il tarixli fərmanına əsasən isə 2016-2020-ci illərdə Azərbaycanda istehsal olunanistehsal prosesində istifadə edilən yerli komponentlərin və respublikamızın ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq Azərbaycanda qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək.

Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 16 mart tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilib. Həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq işçi qrupu yaradılıb. İşçi qrupu yerlixarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlayıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Layihələr açıq müzakirəyə verilibyekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb.

Əlavə edək ki, strateji yol xəritələrinin hazırlanmasında 400 nəfərə qədər xariciyerli ekspert birbaşa iştirak edib, 4 min nəfərlə 150-dək görüş keçirilib. Yerlixarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən 1000-dən çox yazılı təklif verilib. Strateji yol xəritələrinin hazırlanmasında Nobel mükafatçılarından başlamış Azərbaycanın sadə vətəndaşlarına qədər ən müxtəlif qrup insanlarla müzakirələr aparılıb. Hətta “on-lineqaydada təkliflər verilməsi üçünimkanlar yaradılıb. Aparılan inklüziv müzakirələr strateji yol xəritələrinin həqiqətən də mükəmməl bir sənəd olmasını təmin edib.

Dekabrın 6-da Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb. Fərmanda deyilir: “Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əlverişli biznesinvestisiya mühiti formalaşmış, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır”.

 

Bütün inkişaf proqramları strateji yol xəritələrinə uyğun olacaq

 

Fərmanda daha sonra qeyd olunur ki, son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Buna görə də dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaqmövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaradılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.

Beləliklə, sərəncama əsasən, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə, neftqaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına, kiçikorta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına, habelə ağır sənaye və maşınqayırmanın, ixtisaslaşmış turizm sənayesinin, logistika və ticarətin, uyğun qiymətə mənzil təminatının, peşə təhsili və təliminin, maliyyə xidmətlərinin, telekommunikasiyainformasiya texnologiyalarının, kommunal xidmətlərin inkişafına dair strateji yol xəritələri təsdiq olunub. Bunların hər birində strateji baxışa uyğun olaraq prioritetlər, tədbirlər və indikatorlar müəyyənləşdirilib.

Strateji xəritələrin hazırlanması zərurəti ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Bundan sonra hazırlanacaq dövlət proqramları, inkişaf konsepsiyaları, strategiyalar, tədbirlər planları strateji yol xəritələrinə uyğun olacaq. Göründüyü kimi, Azərbaycan iqtisadiyyatında keyfiyyətcə yeni mərhələnin əsası qoyulur. İndiyə qədər qazanılmış nailiyyətlər imkan verir ki, Azərbaycan öz qarşısına daha yüksək məqsədlər qoysunbu məqsədlərdən irəli gələn vəzifələri müəyyənləşdirsin. Strateji yol xəritələri qarşıdan gələn dövrdə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə və qeyri-neft ixracının artımına səbəb olacaq.

Ən əsası, qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında mövqelərimiz daha da güclənəcək və beləliklə, Azərbaycan yüksək gəlirli ölkələr qrupuna daxil olacaq.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 10 dekabr.- S.1.