Azərbaycan alimi beynəlxalq simpoziumda məruzə edib

 

Türkiyənin Antalya şəhərində Türk Tarix Qurumu dəniz Universitetinin birgə təşkilatçılığı ilə “Birinci Dünya müharibəsinin 100-cü ildönümü: türk-ingilis pəncərəsi” adlı beynəlxalq simpozium keçirilib. ABŞ, İngiltərə, Ukrayna, Makedoniya, Fransa, İran, Gürcüstan, Avstraliya, Qazaxıstan, Ukraynas. ölkələrdən tarixçilərin iştirak etdiyi tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı “Birinci Dünya müharibəsi illərində Qafqaz cəbhəsində erməni silahlı dəstələrinin hazırlanmasında erməni kilsəsinin rolu (Rusiya arxiv mənbələri əsasında)” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Azərbaycan alimi eyni zamandaQafqaz Birinci Dünya müharibəsi illərində” adlı bölmə iclasına da sədrlik edib. Sonda simpoziumda dinlənilən məruzələrin ümumi dəyərələndirmələrini üç görkəmli tarixçi alim - Türk Tarix Qurumunun rəhbəri, professor Refik Turan, İlbər Ortaylı və Musa Qasımlı edib, elmi-nəzəri ümumiləşdirmələr aparıblar.

 

Azərbaycan.- 2016.- 13 dekabr.- S.8.