Avstriya Respublikasının yeni seçilmiş Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə

 

Hörmətli cənab Van der Bellen,

Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Avstriya dostluğu əməkdaşlığının daha da möhkəmlənməsi, əlaqələrimizin bütün sahələrdə dərinləşməsi yolunda birgə səylər göstərərək ikitərəfli münasibətlərimizin inkişafına yeni töhfələr verəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 dekabr 2016-cı il.

 

Azərbaycan.- 2016.- 15 dekabr.- S.1.