Ölkəmizlə ABŞ arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğuuğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2016.- 16 dekabr.- S.1.