Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının ikinci iclası keçirilib

 

Dekabrın 15-də Nazirlər Kabinetində Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının ikinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Şuranın ilk iclasından ötən dövrdə xeyli işlərin görüldüyünü deyib. Əli Əhmədov bütün bu işlərin ilk addımlar olduğunu qeyd edib, qarşıda daha çox işlərin görüləcəyini bildirib.

Bütün bu işləri həyata keçirən zaman bir daha görürük ki, Şuranın qarşısında böyük məsuliyyət tələb edən vəzifələr qoyulub və görəcəyi işlər hələ qarşıdadır”, - deyə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri əlavə edib.

Əli Əhmədov qeyd edib ki, Şura bütün əlaqədar dövlət qurumları ilə ciddi aparır. Hesabatların və digər öhdəliklərin icrası məqsədilə beynəlxalq ekspertlər bu işlərə cəlb ediləcək. O, İşçi qrupları ilə beynəlxalq ekspertlər arasında görüşlərin keçirilməsinin, qarşılıqlı fikir mübadiləsinin vacibliyini qeyd edib. Əli Əhmədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ofisinin bu işlərin təşkili üçün müvafiq dəstək göstərəcəyini bildirib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyininİşçi qruplarının yaradılması ilə bağlı görülən işlərdən danışıb. Bildirib ki, artıq bütün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Ötən dövrdə Şuranın Katibliyinin formalaşdırılması üzrə mühüm işlər görülüb və əlaqələndirici qrup formalaşdırılıb. Beynəlxalq ekspertlərin cəlb edilməsi üçün isə Maliyyə Nazirliyi ilə aparılır.

S.Həsənova bildirib ki, artıq iqtisadi inkişaflayiqli məşğulluq, sosial inkişaf, eləcə də ekologiya sahəsi üzrə 3 işçi qrupu yaradılıb. Müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qruplarının tərkibi və rəhbərləri müəyyənləşdirilib. BMT-nin müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədindən 14-ü Azərbaycanda qəbul edilə bilər. Lakin bunun bir daha müzakirəsinə ehtiyac var. BMT-nin məqsədləri üzrə isə 169 hədəf müəyyən olunub.

Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov deyib ki, BMT 230 statistik göstərici üzrə hesabat hazırlayacaq. Bu göstəricilərin 70-ə yaxını Azərbaycanda var. Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə uyğun milli prioritetlərin və göstəricilərin müəyyən edilməsi üzrə Statistika Komitəsi tərəfindən müxtəlif qurumlarda müvafiq şəxslər müəyyən olunub. Həmin qurumların məlumat bazasının Statistika Komitəsinin məlumat bazasına inteqrasiyası üzrə işlər aparılır. Komitədə isə 3 işçi qrupu yaradılıb.

İclasda 2017-ci ilin iyul ayında Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanın hesabatının Yüksək Səviyyəli Siyasi Foruma təqdim edilməsi üçün BMT-nin baş katibinə müraciətin ünvanlanması və hesabatın hazırlanması məsələsi də müzakirə olunub.

Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə uyğun milli prioritetlərin və göstəricilərin müəyyən edilməsinin vacibliyini qeyd edib. Bildirib ki, İşçi qruplar arasında BMT-nin məqsədləri üzrə hədəflər təyin edilməlidir. BMT-nin məqsədləri üzrə 169 hədəf üzrə də ciddi aparılmalıdır və ən əsası bu hədəflərin Azərbaycandakı Dövlət proqramlarında nə dərəcədə öz əksini tapdığı araşdırılmalıdır.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri bildirib ki, Azərbaycan BMT-nin 6 məqsədi üzrə könüllü hesabat hazırlamağı nəzərdə tutur. O, gələn ilin əvvəlinədək Azərbaycanın hesabatının hazırlanmasının vacibliyini qeyd edib. Deyib ki, artıq bu gündən hesabatın hazırlanması üçün işlərə başlanılmalıdır.

İclasda İşçi qruplarının tərkibi və rəhbərləri yenidən müzakirə edilib, müvafiq dəyişikliklər olunaraq təsdiqlənib.

 

Azərbaycan.- 2016.- 16 dekabr.- S.5.