Özbəkistanın daha bir portalı erməni vandalizmini sübut edən fotoları yayıb

 

Daşkənddəki ziyouz.uz portalı erməni vandalizmi ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) “Erməni vandalizmi fotolarda” sərlövhəli materialını özbək dilində yayıb. Fotoların da əks olunduğu materialda Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışılır, Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi bildirilir.

Məqalədə qeyd olunur ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində tarixi abidələri, məscidləri, qəbiristanlıqları dağıdıb, şəhər və kəndləri xarabalığa çeviriblər. Bu, sözün əsl mənasında, vandalizmdirbunun başqa adı yoxdur. Fotoşəkillər bunu əyani şəkildə sübut edir.

Fotolar Azərbaycanın işğal edilmiş müxtəlif ərazilərində – Dağlıq Qarabağda, Sədərək rayonunun Kərki, Zəngilan rayonunun Məmmədbəyli kəndlərində, Laçın və Kəlbəcər rayonlarında, Cəbrayıl rayonunun Xələfli və Qumlaq kəndlərində və s. yerlərdə çəkilib. Həmçinin Şuşa qalasının, Şuşa məscidinin, məşhur Gövhər Ağa məscidinin, Azərbaycan qəbiristanlıqlarının, o cümlədən Yerevan yaxınlığında Ağdədə qəbiristanlığının, Ağdamdakı Çay evininbaşqa yerlərin indiki vəziyyəti əks olunub.

Bildirilir ki, BMT Təhlükəsizlik Şurası ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması ilə əlaqədar dörd qətnamə qəbul edib, ancaq bu sənədlər hələ də yerinə yetirilmir.

 

Azərbaycan.- 2016.- 17 dekabr.- S.7.