Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının Qızıl kitabına yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

 

Behbudov Rəşid Ələddin oğlu - Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi

İsmayılova Nərminə Zahid qızı - Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 22 dekabr.- S.2.