Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisinin iclası keçirilib

 

Dekabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV Məclisinin iclası keçirilib. Məclis üzvlərinin, respublikanın şəhər və rayonlarından həmkarlar ittifaqı təşkilatları nümayəndələrinin iştirak etdikləri iclasda təşkilati məsələlərə baxılıb, “Həmkarlar ittifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsində Azərbaycan həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin rolumövzusunda məruzə dinlənilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev iclasda məruzə ilə çıxış edərək bildirib ki, həmkarlar ittifaqlarının başlıca vəzifəsi üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və mənafelərini qorumaqdır. Bu vəzifələrin uğurla yerinə yetirilməsi isə heç şübhəsiz, yaşadığımız cəmiyyətin nə dərəcədə demokratik olmasından, insan haqlarına və azadlıqlarına göstərdiyi sayğıdan asılıdır. Burada ölkənin iqtisadi durumunun dayanıqlılığının, aparılan islahatların səmərəliliyinin, müxtəlif sahələr üzrə qəbul olunan dövlət proqramlarının icrası səviyyəsinin də önəmli rolu var.

Qeyd edilib ki, müasir dünyada vətəndaş cəmiyyətinin formalaşması insan hüquq və azadlıqlarının etibarlı təminatları sisteminin yaradılmasını tələb edir. Hər bir dövlətdə insan hüquqlarının təminatına yönələn nə qədər çox müdafiə mexanizmi yaradılarsa, həmin cəmiyyətdə humanizm və ümumbəşəri dəyərlərə hörmət də bir o qədər yüksək olar.

Səttar Mehbalıyev vurğulayıb ki, bu siyasətin reallaşmasında fəaliyyəti “Həmkarlar ittifaqları haqqında” Qanunla tənzimlənən AHİK-in də üzərinə mühüm vəzifələr düşür. “Son 10 il ərzində qanuna 38 dəyişikliyin edilməsi həmkarlar ittifaqlarının daha da gücləndirilməsinə, üzvlərimizin hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsinə təkan verib, fəaliyyətimizdə pozitiv dəyişikliklərə yol açıb. Bütün bunların məntiqi davamı kimi, yeni prioritetlər nəzərə alınmaqla hüquq-müdafiə sisteminin, qanunvericiliyin təkmilləşdirilməsi, əhalinin hüquqi maarifləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində mühüm vəzifələr müəyyənləşdirilib”, - deyə AHİK sədri qeyd edib.

S.Mehbalıyev deyib: Biz inamla deyə bilərik ki, bu gün AHİK cəmiyyətdə özünəməxsus yer tutur, apardığı uğurlu sosial siyasət sayəsində böyük nüfuz, beynəlxalq həmkarlar ittifaqı hərəkatındakı səmərəli fəaliyyətinə görə yüksək etimad qazanıb. AHİK Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının tərkibində vitse-prezident səviyyəsində təmsil olunur. Hazırda dünyanın 40 milli həmkarlar ittifaqı mərkəzi ilə əlaqə saxlayır, 5 beynəlxalq təşkilatın işində iştirak edərək əməkdaşlıq əlaqələrini getdikcə möhkəmləndiririk.

Məruzəçi bildirib ki, ölkəmizdə əmək qanunvericiliyinin təkmilləşdirilməsində AHİK-in fəal iştirakı sosial-əmək münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərir. Əməyin hüquq müfəttişləri də qanun layihələrinin işlənib hazırlanmasında iştirak edir, rəy və təklif verirlər.

Diqqətə çatdırılıb ki, Azərbaycan həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin səlahiyyətləri “Həmkarlar ittifaqları haqqında” Qanuna, sahə həmkarlar ittifaqı respublika komitələrinin nizamnamələrinə və “Azərbaycan həmkarlar ittifaqlarında hüquq müfəttişliyi haqqında” Əsasnaməyə uyğun olaraq müəyyən edilib. Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən, respublikamızda əmək qanunvericiliyinə əməl edilməsinə və işçilərin əmək hüquqlarının qorunmasına dövlət nəzarətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir. İşçilərin əmək hüquqlarının, sosialiqtisadi mənafelərinin qorunmasına ictimai nəzarəti isə həmkarlar ittifaqları yerinə yetirir. Bu məqsədlə idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl edilməsinin vəziyyəti ilə əlaqədar yoxlamalar keçirilir, həmkarlar ittifaqı fəalları ilə seminarlarda, “dəyirmi masalarda fikir, təcrübə mübadiləsi aparılır, kütləvi informasiya vasitələrində çıxışlar edilir. Təkcə son üç il ərzində əməyin hüquq müfəttişləri tərəfindən sahə həmkarlar ittifaqlarında ümumilikdə 551 monitorinq və araşdırma aparılıb. Nəticələr icra orqanlarının iclaslarında müzakirəyə çıxarılıb, müvafiq qərarlar qəbul edilib və aidiyyəti təsərrüfat orqanlarına, işəgötürənlərə məlumat verilib.

AHİK sədri daha sonra deyib ki, Azərbaycan həmkarlar ittifaqlarının əsas fəaliyyət istiqamətlərindən biri işləyən əlillərin hüquqlarının qorunması sahəsində onlara yardımçı olmaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 1994-cü il 10 may tarixli qərarına əsasən əmək kollektivinin razılığı ilə III qrup əlillərin əməkhaqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, I və II qrup əlillərin əməkhaqqılarının isə 20-25 faiz artırılması nəzərdə tutulub.

Son üç ildə AHİK-in hüquq şöbəsi tərəfindən 26 normativhüquqi aktın layihəsinə təkliflər verilib və həmin təkliflərin əksəriyyəti nəzərə alınıb. Müxtəlif dövlət orqanları, qeyri-hökumət təşkilatları tərəfindən göndərilmiş normativhüquqi aktların layihələrinin ekspertizasında iştirak etməklə bərabər, həm də mövcud qanunlara dəyişiklik olunması təklifi ilə də çıxış edilib.

BƏT-in Milli Məclisdə ratifikasiya edilmiş konvensiyalarında əksini tapmış əsas prinsiphüquqlara əməl olunması AHİK-in daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Həmin konvensiyalar həmkarlar ittifaqlarının əməli fəaliyyətində səmərəli tətbiq olunur. Həmçinin AHİK ölkəmizin BƏT-in 131, 168, 155,  184, 97 saylı konvensiyalarına qoşulması təkliflərini verib, bu sahədə məqsədyönlü işlər aparır. On ildən çoxdur ki, Baş Kollektiv Sazişdə sosial tərəfdaşlar BƏT-in müvafiq konvensiyalarına, o cümlədən “Məşğulluğa kömək və işsizlikdən müdafiə haqqında” 168, “İşəgötürən borcunu ödəyə bilmədiyi hallarda işçilərin tələblərinin müdafiəsi haqqında” 173, “Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsi əsasları haqqında” 187, “Kişi və qadın işçilər üçün bərabər münasibət və bərabər imkanlar: ailə vəzifələri olan işçilər haqqında” 156, “Analığın mühafizəsi haqqında” (yenidən baxılmış) 2000-ci il tarixli 183, “Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 184, “Sosial təminat (minimum normalar) haqqında” 102, “Əlillik, yaşlılıq və ailə başçısının ölümü ilə əlaqədar müavinətlər haqqında” 128, “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 saylı konvensiyalara qoşulmaq üçün tədbirlər görülməsini nəzərdə tuturlar. Həmin konvensiyalardan 156 və 183 saylı konvensiyalar nəhayət ratifikasiya edilib.

Səttar Mehbalıyev məlumat verib ki, Əmək Məcəlləsinin 36-cı maddəsinə müvafiq olaraq mövcud beynəlxalq və milli qanunvericiliyə əsaslanaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial-əmək münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri üzrə razılaşdırılmış sosial-iqtisadi siyasətin həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında hər iki ildən bir Baş Kollektiv Saziş bağlanır. Bu saziş bağlanarkən hüquq müfəttişləri tərəfindən işçilərin sosial əmək münasibətləri ilə bağlı bir sıra təkliflər, o cümlədən əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi, əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatı, sosial müdafiəsinin gücləndirilməsi istiqamətləri, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texnikiekoloji təhlükəsizliklə bağlı təkliflər verilirbu təkliflərin böyük əksəriyyəti Baş Sazişdə öz əksini tapır.

Qeyd edilib ki, maarifləndirmə məqsədilə Azərbaycan həmkarlar ittifaqlarının “Ülfət” qəzetinin “Hüquq məsləhətxanası” səhifəsindən, respublika dövri mətbuatından istifadə edilir. Ötən dövr ərzində təkcə “Ülfət” qəzetinin səhifələrində əməyin hüquq müfəttişləri 489 oxucu sualını cavablandırıblar.

Hüquq müfəttişlərimiz müxtəlif televiziya kanalları vasitəsilə də əmək qanunvericiliyi sahəsində həmkarlar ittifaqının gördüyü işlər, qanunvericilikdə olan yeniliklər və s. barədə öz üzvlərini maarifləndirirlər. İctimai Televiziyanın “Yeni gün” proqramında müntəzəm olaraq həmkarlar ittifaqları, onun əmək hüququ sahəsində nəzarəti, əmək hüquqlarının qorunması barədə tamaşaçı sualları cavablandırılır. BƏT-in konvensiyalarının tələblərinin həmkarlar ittifaqı fəallarına çatdırılması məqsədilə “Əməyin ödənilməsi haqqında” 100 saylı, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 saylı, “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün imkanlar və rəftar haqqında” 156 saylı konvensiyalarına dair və “İnsan hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu” mövzularında da seminarlar maraq doğurub.

Ümumiyyətlə, son üç ildə hüquqi məsələlərlə bağlı AHİK və sahə respublika komitələrinin hüquq müfəttişləri tərəfindən maarifləndirmə məqsədilə 100-dən çox mövzuda seminarlar keçirilib.

Hər il Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqları sədrləri, həmkarlar ittifaqı fəallarının müxtəlif kateqoriyaları üçün təşkil olunan kurslarda 10-dan çox mövzu, 5 treninq, seminar sırf əmək qanunvericiliyinə aid olur. Həmin kurslardan ildə 600-dən çox lider bəhrələnir”.

Səttar Mehbalıyev diqqətə çatdırıb ki, respublikanın təhlükəsizliyi və müdafiəsi ilə bağlı hərbi-siyasi, hərbi-iqtisadi və hərbi-strateji məsələlərin öyrədilməsi məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyası nəzdində Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə akademik kursu fəaliyyət göstərir. Konfederasiyanın əməyin hüquq müfəttişləri tərəfindən həmin kurslarda da hər il dinləyicilərin maarifləndirilməsi məqsədilə “Azərbaycanda sahə və müəssisə həmkarlar ittifaqı təşkilatının hüquq və vəzifələri”, “Azərbaycanda əmək hüququnun qorunması”, “Beynəlxalq Əmək Təşkilatı” mövzularında mühazirələr oxunur.

AHİK-in hüquq müfəttişlərinin əsas vəzifələrindən biriişçinin hüquqlarını qorumaq üçün məhkəmə instansiyalarında iştirak etməkdir. Son 3 il ərzində hüquq müfəttişlərimiz 40 halda məhkəmədə iddia qaldırıblar. Onlardan 23-ü işçinin işə bərpa edilməsi ilə nəticələnib.

Həmkarlar ittifaqlarının mülkiyyət hüquqlarının pozulmasına da tez-tez rast gəlinir. AHİK-inüzv təşkilatlarının, onun tabeliyində olan təşkilatların əmlakının və daimi istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən qeyri-qanuni zəbt edilməsi ilə əlaqədar son illər ərzində 9 mülki, 9 inzibati işlə bağlı bütün məhkəmə instansiyalarında hüquqlarımız qorunub. 16 üzrə Ali Məhkəmə tərəfindən AHİK-in xeyrinə yekun qərarlar qəbul olunub. Digər iki üzrə məhkəmə prosesləri davam edir.

Həmkarlar ittifaqı təşkilatlarına son 3 il ərzində əmək hüquqlarının müdafiəsi ilə bağlı 36007 ərizə və şikayət daxil olub. Bunlardan 9912-si əmək qanunvericiliyi ilə, o cümlədən 2350-si işə bərpa ilə bağlı olub və 872 nəfər işə bərpa edilib.

Yoxlamalar zamanı aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə təqdimatlar göndərilib, lazımi göstəriş və tövsiyələr verilib. Görülmüş tədbirlər barədə müəssisə rəhbərləri, müvafiq nazirliklər və respublika komitələri məlumatlandırılıb.

AHİK sədri bildirib ki, narahatlıq doğuran məsələlərdən biritransmilli şirkətlərdə çalışan azərbaycanlılara əcnəbilərə nisbətən qat-qat az əməkhaqqının verilməsidir. O deyib: “İşçilərin əmək hüquqlarının daha səmərəli qorunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquq pozuntularının qarşısının alınması, əmək, sosial, iqtisadi hüquqların və azadlıqların daha etibarlı təmin olunması üçün bizi daha çox narahat edən bir məsələni də nəzərinizə çatdırmaq istərdim. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı bir işin yerinə yetirilməsinə cəlb edilməməsi üçün qanunvericilikdə daha sərt cəza formalarının tətbiqi qeyri-formal əmək münasibətlərinin qarşısının alınmasında mühüm amil oldu.

Sağlamlıq imkanları məhdud olanlara dövlət qayğısı hər sahədə hiss olunur və onların cəmiyyətə inteqrasiyası üçün hər cür tədbirlər görülür, müxtəlif layihələr, dövlət proqramları qəbul və icra edilir. Dövlət sağlamlıq imkanları məhdud olanların təhsil alması, məşğulluğu, fərdi hərəkət etməsi üçün tədbirlər görür. Nəzərdə tutulmuş bu dəyişikliklə sağlamlıq imkanları məhdud olanlar artıq konstitusion hüquq və vəzifələr əldə etmiş olurlaronlar üçün mədəni, ictimai-siyasi həyatda iştirak etmək imkanı yaranır.

Qarşıda duran məqsədlərə çatmaq üçün bütün imkanlardan dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi davamlı inkişaf və cəmiyyətin siyasi sabitliyi üçün hüquqi təminata zəmin yaradır. AHİK də belə bir şəraitdə özünün müəyyənləşdirdiyi əsas istiqamətlərin həyata keçirilməsi sahəsində var qüvvəsini sərf edəcək”.

İclasda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev ötən müddətdə görülən işlərə münasibətini bildirib. Prezident Administrasiyasının rəsmisi deyib ki, başa çatmaqda olan cari ildə həmkarlar ittifaqı təşkilatları əməyin təşkili, insanların əmək hüququnun müdafiəsi və onların qiymətləndirilməsi, mükafatlandırılması sahəsində geniş fəaliyyət göstərib və çoxsaylı tədbirlər həyata keçiriblər. Eyni zamanda, təşkilati, beynəlxalq fəaliyyətin təmin olunması üçün ölkəmizin həmin qurumlarda təmsil olunması sahəsində mühüm işlər görülüb. Həmkarlar təşkilatlarının üzvləri ölkəmizin sosial-iqtisadi tərəqqisinə əhəmiyyətli töhfələr veriblər.    

NeftQaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, Xidmət-İş Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev və başqaları müvafiq sahədə qarşıda duran vəzifələrdən, mövcud problemlərdən və onların həlli yollarından danışıblar.

Tədbirdə sahə həmkarlar ittifaqı orqanlarında çalışan, əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adları təqdim edilib

 

Azərbaycan.- 2016.- 22 dekabr.- S. 5.