Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Müasir Azərbaycanın gələcək uğurlu tərəqqisinə, cəmiyyətin sürətli inkişafına və ölkənin nüfuzunun beynəlxalq arenada möhkəmlənməsinə yönəlmiş ali dövləti fəaliyyətiniz Ukraynadadünyada geniş rəğbət qazanmışdır.

İnanıram ki, Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə də etimad və qarşılıqlı anlaşma prinsipləri əsasında səmərəli şəkildə inkişaf edəcək, birgə səylərimiz isə Ukrayna və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına təsir göstərəcək.

Əminəm ki, 2017-ci ildə Ukraynaya Sizin gözlənilən səfəriniz zamanı səmimi dialoqun davamı ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa və səmərəli tərəfdaşlığa yeni impuls verəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və dost Azərbaycan xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə bol enerjiyeni nailiyyətlər arzu edirəm.

Hörmətlə,

 

Petro Poroşenko

Ukraynanın Prezidenti

 

Azərbaycan.- 2016.- 23 dekabr.- S. 2.