Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Misir-Azərbaycan Dostluq Qrupunun üzvləri Zati-alinizə əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərini çatdırır, Azərbaycan xalqı, ümumiyyətlə, İslam dünyası üçün gördüyünüz böyük işlərə görə minnətdarlıq edir, möhkəm cansağlığı və uzun ömür arzulayırlar. Bu gün tarix atanız, ulu öndər Heydər Əliyevin əsasını qoyduğuSizin prinsipial şəkildə davam etdirdiyiniz uğurlu siyasət kursuna şahidlik edir.

Bu xoş fürsətdən istifadə edərək, Dostluq Qrupu Misir və Azərbaycan xalqlarını birləşdirən müştərək dəyərləri qoruyacağını vurğulayır və qarşılıqlı əməkdaşlıq, hüquq və ədalət üzərində sülhün bərqərar olması, dostluq və qardaşlıq çərçivəsində hər iki dövlətin inkişafı naminə səylərini davam etdirəcəyini bildirir.

Cənab Prezident, İslam dövlətlərini bir araya gətirmək, onların arasındakı ixtilafları azaltmaq, müharibələrin alovlandığı indiki vaxtda Azərbaycan xalqının birliyini qoruyub saxlamaq uzaqgörən siyasətinizin açıq-aydın sübutudünya siyasətində Sizin rolunuzun göstəricisidir.

Cənab Prezident, bütün qəlbimizlə Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə yeni-yeni uğurlar diləyirik. Allah Sizi qorusun!

Sizə və qardaş Azərbaycan xalqına xeyir-bərəkət arzulayırıq.

 

Hörmətlə,

 

Səfir Məhəmməd Əl-Orabi

Misir-Azərbaycan Dostluq Qrupunun sədri,

millət vəkili, sabiq xarici işlər naziri

 

Azərbaycan.- 2016.- 23 dekabr.- S. 2.