Xalq Artisti Muxtar Maniyev son mənzilə yola salınıb

 

Dekabrın 22-də Təzəpir məscidində Xalq Artisti, Azərbaycan kino sənətinin tanınmış simalarından biri Muxtar Maniyevlə vida mərasimi keçirilib.

Vida mərasimində sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimində C.Cabbarlı adına УAzərbaycanfilmФ kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək mərhum aktyor haqqında fikirlərini bölüşüb. Vurğulayıb ki, milli kinomuzun inkişafında aktyorun müstəsna xidmətləri olub. Ekran əsərlərində yaratdığı möhtəşəm obrazları mərhum aktyora böyük tamaşaçı sevgisi qazandırıb.

Bildirilib ki, Muxtar Maniyev hər zaman ifa etdiyi rollarda xarakterik obrazlar yaradıb. O, 40 ildən artıq yaradıcılığı dövründə milli kinomuzun inkişafında əvəzedilməz işlər görüb. Mərhum aktyorun xatirəsi hər zaman onu sevənlərin qəlbində əbədi yaşayacaqdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyətimizə üz verən bu itkinin acısını jurnalistlərlə bölüşərək deyib: УMuxtar Maniyev Azərbaycan kino mədəniyyətinin formalaşmasında, inkişafında mühüm işlər görüb. O, ifa etdiyi bütün rolları ilə böyük tamaşaçı sevgisi qazanmağı bacarıb. Bu hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Mərhum sənətkar istər həyatda, istərsə də kinoda müsbət emosiyalar yaradanonu yaşadan sənətkar kimi xatırlanacaq. Muxtar Maniyevin yaratdığı obrazlar qalereyası onu həmişə yaşadacaqФ.

Xalq Artistinin cənazəsi son mənzilə yola salınıb. Mərhum Qala qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

 

Azərbaycan.- 2016.- 23 dekabr.- S. 8.