İlham Əliyev bizi doğma yurdumuza qaytaracaq

 

Son illər məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Prezident

İlham Əliyevin imzaladığı fərman və sərəncamlar bu kateqoriyadan olan insanların həyat şəraitini kökündən yaxşılaşdırmış, uzun illər çəkdikləri əziyyətlərə birdəfəlik son qoymuşdur.

Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbədə olarkən bunun bir daha şahidi olduq. Kimə müraciət etdiksə, eyni sözləri eşitdik: “Allah Prezidentin canına sağlıq versin. Bizə gözəl gün-güzəran yaratdı. İndi özümüzü dəyərli insan kimi hiss edirik”.

Gəncədə məcburi köçkünlər üçün 60 hektar sahədə salınmış qəsəbə 1500 ailə üçün nəzərdə tutulmuşdur. Burada inşa edilən 25 binanın hər biri 60 mənzillidir. Əhalinin rahat yaşaması üçün bütün infrastruktur layihələri həyata keçirilib. Burada 1200 yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, 526 yerlik mədəniyyət evi istifadəyə verilib, poçt, həkim ambulatoriyası, polis məntəqəsi, idman meydançaları və iki MARKET fəaliyyət göstərir.

Məktəb və uşaq bağçası bütün zəruri inventar və əyani vəsaitlərlə təmin edilib. Qəsəbənin elektrik enerjisi, içməli suqaz təchizatı ilə bağlı hərtərəfli aparılıb, yarımstansiyalar, transformatorlar quraşdırılıb. 30 kilometrdən çox su xətti, 25 kilometr uzunluğunda paylayıcı qaz xətti çəkilib. 6 qaztənzimləyici məntəqə yaradılıb. Küçə və yolların işıqlandırılması üçün elektrik dayaqları quraşdırılıb.

2014-cü ilin fevral ayında qəsəbənin açılışı zamanı kəlbəcərli məcburi köçkün Ofeliya Məmmədovanın da sevinci hədsiz idi. 5 qız anası olan Ofeliyaya da yeni qəsəbədə 3 otaqlı gözəl və hər bir şəraiti olan mənzil verilmişdi. Mənzilin açarlarını təhvil alanda özünü dünyanın ən xoşbəxt insanı hesab edən Ofeliya Məmmədova eşidəndə ki, Prezident İlham Əliyev onun evinə gəlir, bu xoşbəxtlik birə-on artdı. Prezidentlə çay süfrəsi arxasında olan söhbəti həyatının ən unudulmaz anları kimi xatırlayan Ofeliya Məmmədova deyir ki, məcburi köçkünlərə, onların mənzil-məişət şəraitini yaxşılaşdırdığına görə mən dövlət başçısına minnətdarlıq etdimdedim ki, yaxşı bilirik ki, bu qəsəbə bizim üçün ömürlük deyil. Bir arzumuz var ki, o da Kəlbəcərə qayıtmaqdır. Onda bu görüşlərimizi orada keçirərik. Məcburi köçkünlər bu arzu ilə yaşayır. Biz bu sözləri Sizin siyasətinizə, qətiyyətimizə, güclü ordumuza tam əmin olaraq deyirik. İnşallah, belə bir günü görəcəyik.

Ofeliya xanım indi daha nikbindir. Səbəbini soruşdum. Dedi ki, ötən müddətdə həyatımda çox sevindirici anlar olub. Qızlarımdan ikisi də ailə qurub. Üç oğlan nəvəm dünyaya gəlib. Sevincimin həddi-hüdudu yoxdur. Qoy mənfur düşmənlərimiz bilsinlər ki, şəhid olan igidlərimizin yeri boş qalmır. Onları əvəz edəcək oğlanlarımız dünyaya gəlirlər.

Söhbət zamanı Ofeliya Məmmədova dedi ki, övladlarımdan çox razıyam. Qızlarımın ikisi mənimlə çiyin-çiyinə orta məktəbdə çalışır. Biri hazırda Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin 4-cü kursunda oxuyur. Sonbeşiyim isə ali məktəbə qəbul imtahanlarına hazırlaşır. Qeyd edim ki, qızlarımın bütün təhsil xərclərini dövlətimiz öz üzərinə götürüb.

Qəsəbədəki binalardan birinin qarşısından keçəndə giriş qapısına bağlanmış qırmızı lent diqqətimizi cəlb etdi: “Deyəsən burada xeyir olub”, - deyə soruşduqda bildirdilər ki, Həsən Bəşirovun qızı yeni ailə qurub.

Evin qapısını Həsənin özü açdı. Xeyir-dua verib içəri keçdik. Söhbət zamanı öyrəndik ki, Həsənin iki övladı var. 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Məcburi köçkün düşəndə oğlu Namiq 20 gün idi ki, anadan olmuşdu. İndi toyu olan qızı Qərənfilin o vaxt 2 yaşı vardı. Çox müsibətlərdən sonra Gəncəyə pənah gətirən ailə bir müddət yaxın dostunun evində qalıb. Sonra Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının tələbə yataqxanasında məskunlaşıb.

Söhbət zamanı otaqda yaşlı bir ağbirçəyin xısın-xısın ağladığını gördük. Bizim müraciətimizi gözləməyən Həsən dedi ki, qayınanamdır. Səmayə xalanın oğlu Vahid İbrahimov 1994-cü ilin fevral ayında Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşüb.

Səmayə xala hıçqırığını boğub dedi ki, bala, düz 22 ildir ki, oğlumun həsrətindəyəm. ölüsü, dirisi barədə məlumat verən yoxdur. Beləcə həsrətlə yolunu gözləyə-gözləyə qalmışam. Söhbət zamanı öyrəndik ki, dünyagörmüş Səmayə İbrahimova da qəsəbədə iki otaqlı mənzillə təmin edilib. Təqaüd alır.

Ömrünün 40 ildən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr edən, tez-tez ölkə mətbuatında çıxışları ilə diqqət çəkən 70 yaşlı Musa Əzizovla söhbətimiz maraqlı oldu. Onun ilk sözü bu oldu: “Görünən dağa bələdçi lazım deyil. Hər şey göz qabağındadır. Qəsəbəyə baxanda, insanların əhvali-ruhiyysinə diqqət yetirəndə görürsən ki, hamı dövlətimizin bu inkişafından fərəh hissi keçirir. Xüsusilə məcburi köçkünlər üçün yaradılan bu şəraitə baxanda sevincimizin həddi-hüdudu olmur. Elə bil əvvəllər keçirdiyimiz ağır günlər bir yuxu imiş. Sağ olsun Prezident. Qısa vaxtda qaçqın və məcburi köçkünlər üçün belə xoş gün-güzəran yaratdı. Məcburi köçkünləri gözəl mənzillərlə təmin etdi. İşlətdiyimiz qaz, işıq, su pulu da dövlət tərəfindən ödənilir. Daha nə lazımdır?! Biz inanırıq ki, yaxın vaxtlarda torpaqlarımız da geri alınacaq. Çünki möhkəm iradəli Prezidentimiz, güclü ordumuz var. Aprel ayının əvvəllərində Tərtər bölgəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət onu deməyə əsas verir ki, biz nəinki işğal altında olan torpaqlarımızı geri qaytaracaq, eləcə də indiki Ermənistandakı qədim ata-baba yurdlarımıza da sahib olacağıq”.

Musa Əzizovun elə bir yaxın qohumu yoxdur ki, şəhid verməsin. Buna baxmayaraq, o, çox nikbindir. Gələcəyə ümidlə baxır dövlət başçısının bütün daxili xarici siyasətini dəstəkləyir. Bununla bağlı gənclərlə tez-tez söhbətlər aparır. Yeganə arzusunun Kəlbəcərə qayıtmaq olduğunu dilə gətirən Musa Əzizov o xoş günü görəcəyinə əminlik ifadə edir.

Musa Əzizov kimi belə arzularla yaşayan yüzlərlə insan var bu qəsəbədə. Əli Cabbarov, Fərhad Sadıqov, Əbülfəz Mehdiyev başqaları inanırlar ki, tezliklə yurd həsrətinə son qoyulacaq. Əbülfəz Mehdiyev deyir ki, o da bu qəsəbədə uçotaqlı mənzillə təmin olunub. Anasının 90 yaşı var elə bir gün olmur ki, Kəlbəcər sözu dilindən düşsün. Hər gün yuxudan oyananda üzünü pəncərədən dağlara tərəf tutaraq dua edir. Duasının əvvəli , axırı da bu olur ki, doğma Kəlbəcərə qayıtsın.

Bu insanlar Prezident İlham Əliyevin onları müqəddəs arzularına çatdıracağına tam əmindirlər...

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2016.- 24 dekabr.- S. 7.