Nağdsız hesablaşmalar haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası ərazisində aparılan nağdsız hesablaşmaların hüquqiiqtisadi əsaslarını müəyyən edir.

 

1-ci fəsil

Ümumi müddəalar

 

Maddə 1. Nağdsız hesablaşmaların məqsədi

Bu qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla  əvəzlənməsini stimullaşdırmaq, BANK sisteminin inkişafını sürətləndirməkdir.

Maddə 2. Nağdsız hesablaşmalar haqqında qanunvericilik

Nağdsız hesablaşmalar haqqında qanunvericilik bu qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən onlara uyğun qəbul edilmiş normativ hüquqi aktlardan ibarətdir.

 

2-ci fəsil

Nağdsız hesablaşmaların tənzimlənməsi

 

Maddə 3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar

3.1. Nağdsız hesablaşma dedikdə aşağıdakılar nəzərdə tutulur:

3.1.1. bir şəxsin BANK hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı s.) ödəniş vasitələri (mobil telefon aparatları, kompüter digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;

3.1.2. ödəniş terminalları  ilə həyata keçirilən hesablaşmalar;

3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.

3.3. Bu qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət ( ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

3.4. Bu qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

3.4.1. vergilərin, gömrük rüsumları yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi kreditlərin verilməsi;

3.4.2. “Sığorta fəaliyyəti haqqındaİcbari sığorta haqqındaAzərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;

3.4.3. dövlət orqanlarına, dövlət mülkiyyətində olan paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına publik hüquqi şəxslərə ödənilən xidmət haqları digər yığımlar;

3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əməkhaqları (o cümlədən işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən birdəfəlik müavinətlər), kompensasiyalar təzminatlar;

3.4.5. stasionar telefon xidmətlərinin kommunal xərclərin ödənilməsi;

3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi qaytarılması;

3.4.7. dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

3.4.8. təhsil haqlarının ödənilməsi;

3.4.9. turagentlərə ödəmələr.

3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

3.5.2. əlvan qara metal qırıntılarının qəbulu;

3.5.3. utilizasiya digər məqsədlər üçün kağız, şüşə plastik məmulatların qəbulu;

3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.    

Maddə 4. Qanunun pozulmasına görə məsuliyyət      

4.1. Bu qanunun tələblərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

4.2. Bu qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu qanunun 3.3-cü maddəsi ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 25 dekabr.- S. 7.