İsrailin nüfuzlu “Jerusalem Post” qəzetindəTrampın Azərbaycan anısərlövhəli məqalə dərc olunub

 

İsrailin nüfuzlu “Jerusalem Post” qəzetində ABŞ-ın “Caspian Group Holdings” şirkətinin baş direktoru Rob SobhanininTrampın Azərbaycan anısərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə ABŞ-Azərbaycan münasibətlərinə nəzər salaraq yazır: “ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp üçün ən etibarlı liderlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevdir. Azərbaycan ABŞ üçün mühüm ölkədir”.

Ölkəmizin nadir mədəni, iqtisadi, geosiyasi xüsusiyyətləri barədə məlumat verən müəllif bildirir ki, Tramp onun komandası Azərbaycan onun lideri ilə hərtərəfli əməkdaşlığa başlamalıdır. Rob Sobhani: “Azərbaycan dünyanın ən qədim yəhudi icmasının yığcam yaşadığı ölkədir. Bu ölkədə xristianlar, yəhudilər, bəhailər müsəlmanlar sülh əmin-amanlıq içərisində yaşayırlar. Azərbaycan İsrail arasında münasibətlər bir çox sahələri, eləcə hərbi diplomatik əməkdaşlığı əhatə edir. Bu, həqiqətən müsəlman dünyasında nadir nümunədir. Azərbaycan dini azadlıq modeli ilə müsəlman dünyasının vacib ölkələrindən biridir”.

Azərbaycanın karbohidrogen ehtiyatlarına diqqət çəkən müəllif Xəzər regionundan neft qazın beynəlxalq bazarlara nəql olunduğunu vurğulayaraq qeyd edir: “Yeni administrasiya Trampın bir çox dünya liderləri ilə görüşəcəyini, lakin onlardan heç birinin Prezident İlham Əliyev kimi Vaşinqtonun etibarlı tərəfdaşı olmayacağını nəzərə almalıdır. Prezident İlham Əliyevin atası, ölkənin keçmiş Prezidenti Heydər Əliyev 11 sentyabr terror aktından sonra ABŞ-ın Azərbaycandakı səfirini öz otağına çağıraraq tam dəstək əməkdaşlığa hazır olduğunu ifadə edib. O zamandan bəri Prezident İlham Əliyev terrora qarşı mübarizədə ABŞ-ın sarsılmaz tərəfdarına çevrilib”.

Məqalədə Rob Sobhani yazır: “Azərbaycan ilə ABŞ-ın özəl-ictimai tərəfdaşlıq modelinə əsaslanan infrastruktur investisiyaları digər fondlar üçün vasitə ola bilər. Bakı Vaşinqton geosiyasi məqsədləri dəyərləri paylaşır. Tramp digər müsəlman ölkələrinə inkişafın Azərbaycanın modelini nümunə göstərə bilər. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiqdir. Yeni Prezident Donald Tramp bu münaqişənin həllində mühüm rol oynaya bilər”.

 

Azərbaycan.- 2016.- 25 dekabr.- S. 10.