Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

 

Dekabrın 23-də Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində Azərbaycanın və Dağıstanın görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Rusiya Federasiyasının Dağıstan Respublikasının Azərbaycan Respublikasının rəsmi şəxsləri, deputatlar, elm xadimləri başqaları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Əziz Əliyevin Mahaçqala şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə əklil qoyublar.

Tədbirdə çıxış edən Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov görkəmli dövlət xadimi Əziz Əliyevin çoxşaxəli fəaliyyətindən, Dağıstan Azərbaycan xalqlarının dostluğunun möhkəmlənməsindəki xidmətlərindən danışıb. O bildirib ki, Əziz Əliyevin fəaliyyətinin miqyası Dağıstan üçün olduqca əhəmiyyətlidir. Əziz Əliyev Dağıstanın çətin zamanında ona həvalə edilmiş vəzifələrin öhdəsindən uğurla gəlib. O, parlaq şəxsiyyətdir dağıstanlıların yaddaşında böyük iz buraxıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Prezident İlham Əliyevin salamlarını konfrans iştirakçılarına çatdırıb. Dövlət müşaviri qeyd edib ki, Əziz Əliyevin xatirəsi Dağıstan xalqının yaddaşında daim yaşayır. Onun Mahaçqala şəhərinin mərkəzində ucaldılmış abidəsi bunun bariz nümunəsidir.

Kamal Abdullayev deyib ki, Azərbaycan Dağıstan xalqları arasında dərin münasibətlər var. Ulu öndər Heydər Əliyevin Rusiya Prezidenti Vladimir Putinin səyləri nəticəsində bu əlaqələr daha da inkişaf edib. Hazırda bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Dağıstanın çoxmillətli respublikalar olduğunu deyən Kamal Abdullayev bildirib ki, hər iki respublikada tolerantlıq multikulturalizm qədim köklərə malikdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə Azərbaycan Dağıstan xalqları arasında mövcud dostluq əlaqələrindən danışaraq bildirib ki, prezidentlər respublikalarımız arasında strateji xarakterə əsaslanan münasibətlər qurublar.

Görkəmli dövlət xadimi Əziz Əliyevin ictimai fəaliyyətindən söhbət açan AMEA-nın prezidenti vurğulayıb ki, Əziz Əliyev öz fəaliyyəti ilə həyatın əsl mənasının xalqa xidmət etməkdən ibarət olduğunu göstərib. A.Əlizadə ulu öndər Heydər Əliyevin Əziz Əliyev haqqında fikirlərindən sitat gətirib: “Əziz Əliyev yüksək bacarığını, fayda vermək qabiliyyətini yalnız təkcə öz respublikasında, ölkəsində nümayiş etdirməmişdir. O, müharibə illərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İranda çox məsul işi uğurla yerinə yetirmiş, Dağıstanın rəhbəri kimi son dərəcə məsuliyyətli vəzifənin öhdəsindən çox gözəl gəlmiş, Moskvadatərkibində yaşadığımız Sovetlər İttifaqı kimi bir dövlətin paytaxtında müvəffəqiyyətlə çalışmışdır”.

Görkəmli dövlət xadimi Əziz Əliyevin səhiyyə sahəsində xidmətlərindən danışan Milli Məclisin səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov qeyd edib ki, istedadlı təşkilatçı olan Əziz Əliyev elm, təhsil, səhiyyə sahələrində böyük nailiyyətlər əldə edib. Əziz Əliyev səhiyyə sahəsinin maddi-texniki bazasının təkmilləşdirilməsinə, peşəkar kadrların hazırlanmasına, gənclərin xaricdə təhsil almalarına böyük önəm verib. Bu səbəbdən Azərbaycan səhiyyəsinin böyük bir dövrü Əziz Əliyevin adı ilə bağlıdır. Onun xidmətləri arasında ana dilimizdə nəşrlər mühüm yer tutur.

Tədbirin yüksək səviyyədə təşkil edildiyinə görə Dağıstan Respublikasının Başçısına minnətdarlığını bildirən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev vurğulayıb ki, bu konfrans, eyni zamanda, Dağıstan Azərbaycan xalqlarının dostluğunun qardaşlığının bayramıdır. Görkəmli dövlət xadimi Əziz Əliyev haqqında bu günədək çox xoş sözlərin deyildiyini bildirən Ş.Xanbabayev bu fikirlərin ən layiqlisini məhz ulu öndər Heydər Əliyevin səsləndirdiyini vurğulayıb. İcra başçısı Heydər Əliyevin aşağıdakı fikirlərini xatırladıb: “O, həm həkim, həm alim, həm səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi. Bizim xalqımız üçün bunun xüsusi əhəmiyyəti var, ona görə ki, xalqımız, Azərbaycanın ən yaxşı oğulları təkcə öz ölkəsində deyil, həm başqa ölkələrdə, respublikalarda layiqli yer tuta bilir. Bu, hər bir azərbaycanlının qəlbində çox böyük iftixar hissi doğurur”.

Konfransda digər çıxış edənlər Əziz Əliyevin görkəmli dövlət xadimi olmaqla yanaşı, elmi fəaliyyətdə böyük uğurlar qazandığını söyləyib, milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında onun xidmətlərini xüsusi qeyd ediblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 25 dekabr.- S. 10.