Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz Sizi Azərbaycan xalqının inkişafına və rifahına yönəlmiş ölçülüb-biçilmiş siyasət yürüdən müdrik dövlət başçısı və ölkəsinin əsl vətənpərvəri kimi tanıyırıq. Əminəm ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadisosial inkişaf yolu ilə inamla irəliləyəcək. Ümidvaram ki, Sizin yorulmaz səyləriniz, xalqın etimadı və respublika vətəndaşlarının həyatını daha firavan etmək üçün gördüyünüz işlər ali dövləti fəaliyyətinizdə uğurlarınızı daha da artıracaq.

İcazə verin, bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edim.

Hörmətlə,

 

Ruslan Edelgeriyev

Rusiya Federasiyası Çeçenistan Respublikası

Hökumətinin sədri

 

Azərbaycan.- 2016.- 27 dekabr.- S. 4.