“Bakı Şəhər” dünyanın ən modern, müasir şəhərsalma qaydalarına əsaslanır

 

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Şəhər”də görülən işlərlə tanış olub, Fəvvarələr Meydanı parkı, ictimai parkinqpiyada keçidi kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və “Bakı Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına ötən müddətdə görülən işlər barədə məlumat verdilər.

Qeyd olundu ki, burada mükəmməl infrastruktur formalaşdırılıb. Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsindəki yeraltı piyada keçidində işlər tamamlanmaq üzrədir. Burada 220 metr uzunluğunda qalereyanın tikintisi yekunlaşıb, hazırda mərmər-qranitdən istifadə olunmaqla tavanın üzlənməsi işləri davam etdirilir. Həmin keçiddə 8 eskalator quraşdırılıb. Bundan başqa, layihə çərçivəsində daha iki piyada keçidinin inşası nəzərdə tutulur.

Dövlətimizin başçısına məlumat verildi ki, “Bakı Şəhərlayihəsi üzrə Xəqani Rüstəmov Süleyman Vəzirov küçələri daxil olmaqla yeni salınan yolların ümumi uzunluğu 22,3 kilometrə çatacaq, eni isə 16 metrdən 47 metrədək dəyişəcək. Ümumilikdə, burada 63 çoxsaylı kəsişən yolun təmiri asfaltlanması həyata keçiriləcək. Bakının iki əsas prospektini - Babək Nobel prospektlərini birləşdirən Xəqani Rüstəmov küçəsi 3 gediş 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir. Bildirildi ki, “ Şəhərlayihəsi çərçivəsindəYaşıl Ada Villa Zonasıadlanan ərazidə ümumi uzunluğu 2 kilometrə çatan əsas kəsişən bir neçə küçədə işlər yekunlaşıb. Layihə çərçivəsində küçələrdə 20 min kvadratmetr piyada səkisi yolayrıcı inşa olunub. Yolların kənarında 300-dək çinar zeytun ağacı əkilib. Yeni salınan küçələrdə hərəkətin normal təşkili üçün 200-ə qədər yol nişanı quraşdırılıb.

Dövlətimizin başçısı xanımı Yaşıl Ada kvartalının artıq məskunlaşdırılan ilk məhəllələri ilə tanış oldular.

Prezident İlham Əliyevə xüsusi detallarla bəzədilən, klassik üslublu Paris evlərinin məhəllələrində aparılan abadlıq yaşıllıq, infrastruktur-kommunikasiya işləri barədə ətraflı məlumat verildi. Burada sakinlərin rahatlığı dolğun istirahətləri üçün hərtərəfli şərait var. Məhəllələrdə uşaqlar üçün oyun meydançası, yaşıllıq zonası, yerüstü avtodayanacaq yaradılıb. Məhəllələrin təhlükəsizliyi sutka ərzində diqqətdə saxlanılır. Paris evlərində dayanıqlı elektrik enerjisi, su, qaz, kanalizasiya xətləri, internet İPTV artıq sakinlərin istifadəsinə verilib. Dövlətimizin başçısının siyasətinə uyğun olaraq, insan amili, soydaşlarımızın ən yüksək standartlar səviyyəsində yaşayışı istirahəti bu layihənin başlıca məramıdır.

Sonra Prezident İlham Əliyevə 2-ci Yaşıl Ada küçəsində aparılan işlər barədə məlumat verildi. Buradakı binaların üzərində xüsusi dizaynlı ad lövhələri, klassik üslublu saat, küçələrin adlarının piyada yollarında qeyd edilməsi, binaların vitrinlərinin Şəhərhaqda məlumat plakatları ilə bəzədilməsi, müxtəlif növ ağaclar həmçinin Yaşıl Ada Evlər zonasına giriş binası diqqəti xüsusilə cəlb edir. Yollarda piyadalar, əlillər xüsusi qayğıya ehtiyacı olanlar üçün müvafiq şərait yaradılıb. Avtomobillər üçün xüsusi dayanacaq yerlərinin olması piyadaların təhlükəsiz sərbəst gediş-gəlişinə imkan verir.

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva Yaşıl Ada kvartalı çərçivəsində salınan yeni yaşıllıq məkanı ilə tanış oldular. Sahil 14” “SETA” MTK yaşayış kompleksləri arasındakı bu xudmani yaşıllıq məkanı kvartalın bənzərsiz memarlıq üslubunu üzvi şəkildə tamamlayır. Avtonəqliyyat vasitələrindən azad ərazi sakinlərin rahatlığı istirahəti üçün işıqlandırma sistemi, velosiped dayanacaqları, küçə mebelləri ilə təmin olunub, buradakı yaşıllıqlar göz oxşayır.

1-ci Yaşıl Ada küçəsindəki yeni yol da müasirliyi ilə diqqəti çəkir. BuradaMüşahidəçi 2” daş heykəli qoyulub. Xatırladaq ki, “Müşahidəçi 1” daş heykəli 2016-cı ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilənDaşın Nəğməsibirinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində təqdim olunub.Müşahidəçi 2” heykəliBakı Şəhər”in inkişafını buradakı dəyişiklikləri müşahidə edən insan anlamı daşıyır. Heykəlin yaxınlığında yerləşdirilən günəş enerjisini elektrik enerjisinə çevirən dizayner skamyası elektron cihazlar üçün nəzərdə tutulub. Bu daBakı Şəhər”də ətraf mühit məsələlərinə maksimum diqqət yetirilməsinin əyani nümunələrindən biridir.

Sonra Prezident İlham Əliyev xanımı Mehriban ƏliyevaBakı Şəhərərazisində tikinti işlərinin gedişi ilə tanış olmaq üçün avtobusla gəzintiyə çıxdılar.

Qeyd edildi ki, şəhərin qədim iri parklarından olan Nizami Parkının yaxınlığında yerləşən Knightsbridge (Naytsbric) kompleksində yaşayış binaları, biznes mərkəzi məktəbin tikintisi aparılır. Park rayonunda 20 mərtəbəli binalar inşa olunur, yeni istinad divarı tikilir. Bakı Şəhərlayihəsi dünyada iqtisadi maliyyə böhranının tüğyan etdiyi indiki dövrdə Azərbaycanda investisiyalar üçün yaradılan əlverişli biznes mühitinin, sahibkarlığın inkişafına dövlətin hərtərəfli dəstəyinin insan amilinin əsas meyarlarından biri olmasının əyani təcəssümüdür.

Mərkəzi Bulvar küçəsində tikinti işləri davam edir. Eni 37 metr, uzunluğu isə 2 kilometr olan bu yolBakı Şəhər”in mərkəzi ilə kəsişir layihənin bir neçə rayonlarını birləşdirir.

Dövlətimizin başçısına məlumat verildi ki, burada Şəhər”in Mərkəzi Park Rayonu salınacaq. Yaşayış binaları biznes mərkəzindən ibarət rayonun adı burada salınacaq böyük parkdan qaynaqlanır. Şəhər”in şimal hissəsindəki Babək rayonunda da inşaat işləri səngimir. Müasir üslublu evlərdən ibarət həmin rayonda yeni meydan tikilir. Bildirildi ki, modern dizaynlı meydan Şəhər”in Babək prospektindən eni 37 metr, hər iki istiqamətdə üçzolaqlı avtomobil yolları, geniş yaşıllaşdırılmış piyada səkilərindən ibarət girişi olacaq.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidiictimai parkinq kompleksinin təməlqoyma mərasimində iştirak etdilər.

Dövlətimizin başçına məlumat verildi ki, Fəvvarələr Meydanının sahəsi keçmişQara Şəhər”in ən çox çirklənmiş ərazilərindən biri sayılırdı. Yeddimərtəbəli müasir üslublu yaşayış binaları, park, ictimai avtodayanacaqpiyada keçidindən ibarət olacaq bu kvartalda hazırda tikinti işləri gedir. Yaşayış binalarının əhatə etdiyi parkda 3 qrupdan ibarət fəvvarələr, eksklüziv uşaq meydançası, xüsusi landşaft dizaynı və 760 yerlik avtodayanacaq tikiləcək. Fəvvarələr Meydanında layihələndirilən parkpiyada keçidi Şəhər” boyunca piyadaların gəzintisi və mənalı istirahətinə geniş imkanlar açacaq. Belə ki, piyadalar şimalda yerləşən Babək prospektindən Mərkəzi Park rayonu, Fəvvarələr Meydanı və körpü vasitəsilə birbaşa Şəhər” bulvarına qədər 2 kilometrlik yolu gedib-gələ biləcəklər. Bildirildi ki, Nobel prospekti boyunca Fəvvarələr Meydanının “ləndmark”ı sayılan Şərq-Qərb ofis binaları yerləşəcək. Bu ofis binalarının mərkəzində yeni Central Plaza meydanı Hollandiyanın UN Studio memarlıq bürosu tərəfindən layihələndirilib. “ Şəhər”də salınan metro stansiyalarından birinin çıxışı da məhz bu ofis kompleksinin yerləşdiyi ərazidə olacaq.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidiictimai parkinq kompleksinin təməlini qoydular.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada ağac əkdilər.

Təməli beş il əvvəl qoyulan “Bakı Şəhər”də ötən müddətdə böyük həcmdə işlər görülüb və tikinti-quraşdırma tədbirləri davam edir, dünyadakı müasir şəhərsalma tendensiyasını maksimum ehtiva edən və bitkinliyi ilə seçilən “Bakı Şəhər” meqalayihəsi uğurla reallaşdırılır.

Təməlqoyma mərasimindən sonra xatirə şəkli çəkdirildi.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 27 dekabr.- S.2.