Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident!

İcazə verin, əvvəlcə Sizə və ailənizə ən xoş arzularımı çatdırım.

Sizi dekabrın 24-də qeyd etdiyiniz 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə xoşbəxt, sağlam ömürsülh dolu Yeni il arzulayıram. İcazə verin, Sizi, həmçinin milli iqtisadi perspektivlərə dair strateji yol xəritələrinin qəbul olunması münasibətilə təbrik edim. İnanıram ki, ölkələrimiz arasında keçmiş və gələcək iqtisadi fəaliyyət qəbul edilmiş yol xəritələrinə çox uyğun olacaq. 2016-cı ildə olduğu kimi, Azərbaycan və Niderland arasında səmərəli və uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminəm. Bu xoş fürsətdən istifadə edərək Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrin inkişafına verdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

İcazə verin, Sizə və Sizin ailənizə bir daha ən xoş arzularımı çatdırım.

2017-ci ildə Sizinlə görüşmək ümidi ilə,

 

Rene van der LİNDEN,

Niderland Senatının sabiq sədri,

AŞ PA-nın fəxri prezidenti,

Azərbaycan-Niderland Dostluq Qrupunun sədri

 

Azərbaycan.- 2016.- 28 dekabr.- S. 7.