Görkəmli alim Maqsud Əliyev son mənzilə yola salınıb

 

Dekabrın 26-da respublikamızın tanınmış alimi, Əməkdar Elm Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA-nın Fizika-RiyaziyyatTexnika Elmləri Bölməsi akademik-katibinin müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Maqsud Əliyev son mənzilə yola salınıb.

AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi AMEA-nın binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Salonda həzin matəm musiqisi səslənirdi.

Akademik Maqsud Əliyevin həmkarları, dostları, tanışları, tanınmış elm mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə gözəl insana son borclarını verirdilər.

Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirib.

Akademik A.Əlizadə ölkəmizdə fizika sahəsində mühüm xidmətləri olan görkəmli alim, akademik Maqsud Əliyevin səmərəli elmi fəaliyyətindən, Azərbaycan fizika elminin inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirilib ki, Böyük Vətən müharibəsi iştirakçısı Maqsud Əliyev 1950-ci illərdən fizika elmi üzrə ciddi tədqiqatlara başlayıb, bu sahədə uğurlu nəticələrə nail olub. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilib. Yarımkeçiricilər fizikasında öz məktəbini yaradan Maqsud Əliyev qazandığı nailiyyətlərə görə Əməkdar Elm Xadimi fəxri adına, Yusif Məmmədəliyev adına mükafata, həmçininŞöhrətordeninə layiq görülüb.

Diqqətə çatdırılıb ki, Maqsud Əliyev 400-dən çox elmi əsərin, 30 şəhadətnamə patentin müəllifi, bir çox elmi şura komissiyaların üzvü kimi ölkəmizdə intellektual etik mədəniyyətin inkişafına dəyərli töhfələr verib. Tanınmış alim pedaqoq, bacarıqlı elm təşkilatçısı səmimi insan Maqsud Əliyevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək.

Vida mərasimində AMEA-nın Fizika-Riyaziyyat Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademiyanın müxbir üzvü Nazim Məmmədov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, akademik Bahadur Tağıyev, AMEA-nın müxbir üzvü Yusif Məmmədov alimlə bağlı xatirələrini bölüşüb, onun zəngin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən danışıblar.

Mərhumun ailəsi adından çıxış edən Xanlar Həsənov alimin xatirəsinə göstərilən hörmət ehtirama görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

Azərbaycan.- 2016.- 28 dekabr.- S.10.