Dünya erməniliyinin erməni dilində ifşası

 

Xaricdə erməni dilində ilk dəfə olaraq Azərbaycan tədqiqatçısının Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı kitabı nəşr olunub

 

Bu günlərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadənin erməni dilində “Qarabağ düyünü” adlı kitabı nəşr edilib. İlk dəfədir ki, Azərbaycan tədqiqatçısının xaricdə erməni dilində Dağlıq Qarabağla bağlı kitabı çıxır. Dərc olunmuş kitabda Qarabağ probleminə dair reallıqlar, tarixi faktlaranalitik qənaətlər əks olunub, erməni mənbələrinə istinadən Ermənistan və onu himayə edən güclərin siyasəti ifşa olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma səbəbləri və həll yolları ilə bağlı əsaslı araşdırmaların aparılmasına xüsusi ehtiyac var. Eyni zamanda xarici dillərdə yazılmış və bu problemi əks etdirən əsərlər həm də Qarabağ məsələsinin mahiyyətinə dair gerçəkliklərin dünya miqyasında təbliği - Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından önəmlidir. Aydın Mirzəzadənin erməni dilində çap olunmuşQarabağ düyünü” adlı kitabı mötəbər mənbə kimi problemin tarixi köklərinin öyrənilməsi, müasir reallıqların dərk olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Xaricdəki Azərbaycan diaspor nümayəndələrinin maliyyə dəstəyi ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində nəşr olunan kitabda Qarabağ probleminin yaranması, müasir vəziyyəti və problemin həlli perspektivi ilə tarixi faktlaranalitik qənaətlər yer alıb. Onu da xüsusi qeyd etmək lazımdır ki, ilk dəfədir azərbaycanlı tədqiqatçının Dağlıq Qarabağ probleminə həsr edilən əsəri erməni dilində iri kitab şəklində xaricdə çap olunub. Kitabda 7 tarixi xəritə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdikdən sonra yaranmış vəziyyəti əks etdirən 37 fotoşəkil yerləşdirilib, xarici tədqiqatçıların obyektiv fikirləri, Ermənistan siyasətçilərinin özlərini ifşa edən etirafları da verilib ki, bütün bunlar Dağlıq Qarabağ probleminin mahiyyətinin əks olunması, dünya ictimaiyyətinin məlumatlandırılması baxımından böyük əhəmiyyətə malikdir.

Həmçinin kitabda Dağlıq Qarabağa dair tarixi sənədlər, beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarları yerləşdirilib, Xocalı faciəsinə dair xüsusi fəsil verilib, faciənin törənmə səbəbləri, Ermənistan silahlılarının vəhşiliyini ifşa edən faktlar göstərilib. Kitabda, eyni zamanda Azərbaycanın problemin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün səyləri analiz edilib. Nəşrin xarici ölkələrin milli kitabxanalarına, universitetlərinə və ermənişünaslıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub.

Dağlıq Qarabağ probleminin mahiyyətinə dair faktlar Ermənistanı və onu müdafiə edən qüvvələri ifşa edir

Ümumiyyətlə, sözügedən kitabda yer alan tarixi faktlaranalitik qənaətləri bir neçə qrupda təsnif etmək olar. Kitabda münaqişənin yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın həmin ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələr əksini tapıb.

Tarixi faktlar və proseslər göstərir ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqlarının zəbt edilməsi hesabına “Böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi olmuşdur. Ən müxtəlif zaman kəsiklərində ermənilər tarixi torpaqlarımıza qarşı təcavüz aktları ilə çıxış etmiş və azərbaycanlıları etnik soyqırımına məruz qoymuşlar. Əlbəttə ki, bu cür sistemli, davamlı və nizamlı terror, soyqırımı aktları məqsədyönlü olmuşxarici güclərin bilavasitə dəstəyi əsasında həyata keçirilmişdir.

Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti 1990-cı illərdən başlamayıb və ciddi tarixi köklərə malikdir. Belə ki, XIX əsrin ortalarından etibarən böyük güclər tərəfindən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi onlara işğalçılıq və təcavüz üçün əlverişli şərait yaratmış və zaman keçdikcə özlərinin işğalçılıq siyasətlərini sistemli surətdə davam etdirmişlər.

Ümumiyyətlə, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və torpaqlarımızda məskunlaşması XIX əsrdən sistemli xarakter almışdır. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi Gülüstan və Türkmənçay sülh müqavilələri ilə təsdiq olunurdu. 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır.

Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri də məhz Qarabağ ərazisi idi. Rəsmi məlumatlara əsasən 1828-1830-cu illər arasında, yəni cəmi 2 il ərzində Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürülmüşdü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.

XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. Beləliklə, ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktları həyata keçirməyə başladılar. Bununla yanaşı, 1918-ci ilin martında Bakıda başlananbütün Azərbaycanı əhatə edən yeni kütləvi soyqırımları Azərbaycan xalqına çox ağır zərbə vurdu.

Sözügedən əsərdə çoxsaylı mənbələr, habelə yenimüasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, erməni etnosunun indiki vəziyyətdə bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi göstərilir. Müəllif Dağlıq Qarabağ ərazisində vəziyyəti və bu diyarın bütün tarixi boyunca ermənilərin orada olmamasını vurğulayır.

Bunlarla yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə erməni separatizmi və Azərbaycan torpaqlarına qarşı iddialar daha da kəskinləşmiş, Cümhuriyyətin süqutundan sonra bu ambisiyalar davam etmişdir. Daha sonra SSRİ-nin şovinist siyasətindən stimul alan erməni separatizmi Dağlıq Qarabağ problemini kəskinləşdirmiş, SSRİ-nin dağılması ərəfəsində isə faktiki olaraq Azərbaycan ərazilərinin işğalı prosesinə başlanmışdır.

Müəllif qeyd edir ki, Azərbaycan xalqının 25 ildən çoxdur yaşadığı Dağlıq Qarabağ problemi hələ də qalmaqdadır. Erməni millətçi dairələrinin Azərbaycan torpaqlarına əsassız iddiası 1988-ci ildə Xankəndi hadisələri ilə yeni mərhələyə keçmiş, sonradan aktiv müharibə mərhələsi ilə davam etmişdir. Bu yolda Ermənistan keçmiş SSRİ-nin siyasi, iqtisadi və hərbi resurslarından hərtərəfli istifadə edə bilmişdir.

Bütövlükdə, Dağlıq Qarabağ probleminin mahiyyətinə dair kitabda öz əksini tapan faktlar Ermənistanı və onu müdafiə edən qüvvələri ifşa edir.

Son sözü Azərbaycanın qətiyyətli mövqeyi deyəcək

Müəllif onu da qeyd edir ki, Dağlıq Qarabağ problemi iki dövlət arasındakı münaqişədən çıxaraq beynəlxalq siyasətin gündəliyində aktual məsələyə çevrilmişdir. Artıq bütün dünya fərqindədir ki, Ermənistanın beynəlxalq hüquq normalarına hörmət etməməsi, Azərbaycanın ərazi bütövlüyünü tanımaması problemin həllini uzadır, regionun gərginlik ocağı kimi qalmasına şərait yaradır. Ancaq Ermənistanın inadına baxmayaraq, problemin həlli artıq yetişmişbu problemi, ilk növbədə, Azərbaycan dövləti özü həll edəcəkdir. Buna onun müasir düşüncəsi, ciddi hazırlıq səviyyəsi və ədalətin həmişə qalib gəlməsi faktı imkan verəcəkdir.

Reallıqdır ki, hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağaya pozmağa cəhd göstərir. Heç kimə sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyinin arxasında, əslində, onu himayə edən dövlətlərin iradəsi dayanır. Ermənistan həmin hegemon güclərdən dəstək və stimul almasa, təbii ki, dərhal danışıqlar masası arxasında oturmağın vacibliyini anlayarkonstruktiv mövqe nümayiş etdirə bilər. Ona görə də bu prosesdə bir çox məsələləri məhz Azərbaycanın qətiyyətli mövqeyi həll edəcək.

Qarabağ düyünü” düşmən ilə informasiya müharibəsinə layiqli töhfə verən mötəbər mənbədir

Erməni dilində çap edilmişQarabağ düyünü” adlı kitabın daha bir məziyyəti budur ki, əsərdə Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini əks etdirən problemin hazırkı vəziyyətinə dair analitik informasiya xarakterli məlumatlar, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrinə, Xocalı faciəsinə və digər çoxsaylı qətliamlara dair tarixi faktlar ermənidilli auditoriyanın, həmçinin dünya ictimaiyyətinin diqqətinə reallıqların nədən ibarət olduğunu çatdırır. Əlbəttə, bu informasiya müharibəsi kontekstində də müstəsna əhəmiyyət kəsb edir.

Son zamanlar müşahidə edilən reallıqlardan biri ölkəmizin qlobal informasiya məkanında mövqeyini möhkəmləndirməsi, erməni diasporunun, lobbisinin, Ermənistan dövlətinin və onun havadarlarının ölkəmizə qarşı apardığı informasiya müharibəsinə fəal şəkildə müqavimət göstərməsi, hətta son dövrlərdə üstünlüyü ələ almasıdır. Ölkəmizin beynəlxalq nüfuzunun artması da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradır. Bildiyimiz kimi, Azərbaycanın xarici siyasət sahəsində qarşıya qoyduğu başlıca məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, Ermənistanın işğal siyasətinin ifşa edilməsi, işğalçı dövlətə beynəlxalq təzyiqin gücləndirilməsi, son nəticədə isə zəbt olunmuş ərazilərin geri qaytarılmasıdır.

Bu məqsədlə Azərbaycan beynəlxalq təşkilatlardakı mövqeyindən və ikitərəfli əlaqələrindən uğurla istifadə edir. 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycan Ermənistan dövlətinin işğalçı və terrorçu siyasətini ən yüksək kürsüdən dünyaya çatdırmaq imkanını əldən vermədi, 2012-ci ilin mayında şuranın Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən toplantısında bu məsələlər TŞ üzvlərinin diqqətinə bir daha çatdırıldı. Eyni zamanda yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın beynəlxalq miqyasda Xocalı soyqırımı həqiqətlərinin tanınması istiqamətindəki fəaliyyətini intensivləşdirməsi də mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb.

Bu işdə Azərbaycan dövləti, Heydər Əliyev Fondu, müxtəlif ölkələrdəki səfirliklərimiz, Diasporla İş üzrə Dövlət Komitəsi, ölkə daxilindəki ictimai qurumlar, dünyanın dörd bir yanındakı diaspor təşkilatlarımız, ölkədə və xaricdə yaşayan soydaşlarımız, qısası, Azərbaycanı sevən və bu ölkə üçün çalışan hər kəs səfərbər edilərək prosesə qoşulub. 2008-ci ildən bu vaxtadək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası olduqca səmərəlidir.

Təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyət erməni quldur birləşmələri tərəfindən Azərbaycan xalqının başına gətirilən bu soyqırımına münasibətini ortaya qoyur. Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edən İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan ilk beynəlxalq təşkilatdır. Təşkilatın Parlamentlər İttifaqının builki sessiyasında Xocalı soyqırımı ilə bağlı daha bir qətnamə qəbul olunub.

Eyni zamanda ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti pisləyən ştatlarının sayı (Massaçusets, Texas, Nyu Cersi, Corciya, Meyn, Nyu Meksiko, Arkanzass.) artır. Bundan əlavə, ABŞ-ın Kaliforniya ştatı Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul edib. Azərbaycanın yüksək beynəlxalq nüfuzunun və beynəlxalq münasibətlər sistemində rasional iştirakçılığının qanunauyğun nəticəsidir ki, Xocalı soyqırımı ayrı-ayrı dövlətlər səviyyəsində də tanınır.

Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisi olmaqla yanaşı, ölkəmizin informasiya sahəsində qələbəsi, eləcə də diaspor siyasətinin uğurudur. Müxtəlif dövlət və ştatların Xocalı soyqırımını tarixi gerçəklik kimi tanıması Azərbaycanın dövlət və ictimai qurumlar səviyyəsində illərlə bu istiqamətdə apardığı davamlı fəaliyyətin nəticəsidir. Bu o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı və digər vəhşiliklərlə bağlı daha yaxşı məlumatlanıb və bu cinayətlərə özünün adekvat münasibətini ortaya qoyur. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi və təsdiqləməsi isə tarixi təhrif edən yalan məlumatların sürətlə yayılmasının qarşısını alır.

Erməni dilində dərc edilmişQarabağ düyünü” adlı kitab da düşmən ilə informasiya müharibəsi sahəsində Azərbaycan dövlətinin siyasətinə dəstək xarakterli mühüm töhfə kimi səciyyələndirilə bilər. Kitab bundan əvvəl Türkiyədə türk dilində böyük tirajla nəşr edilib. Kitabın bir sıra xarici ölkələrdə aparıcı dillərdə çap edilməsi planlaşdırılır.

Bütövlükdə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadənin erməni dilində dərc olunmuşQarabağ düyünü” adlı kitabında Qarabağ probleminə dair reallıqlar, çox önəmli tarixi faktlaranalitik qənaətlər əks olunub. Kitabın daha bir məziyyəti isə VII və VIII fəsillərdə Qarabağ məsələsinə dair Ermənistan məşhurlarının etiraflarının, ermənilərin özləri haqqında ifşaedici fikirlərinin yer almasıdır. Burada Levon Ter-Petrosyanın, Serj Sarkisyan, Ermənistanın Hüquq və Azadlıqlar Mərkəzinin sədri, keçmiş siyasi məhbus Vardar Arutrunyan, bu ölkənin sabiq xarici işlər naziri Vardan Oskanyan, Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan və digərlərinin Qarabağ reallıqlarına dair Ermənistanı, erməniləri, onları himayə edən gücləri ifşa edən çoxsaylı fikirləri əks olunub.

Hesab edirik ki, bu da Ermənistanın işğalçılıq siyasətinin ifşası, həmçinin Qarabağ reallıqlarına dair ermənilərin manipulyativ və təxribatçı yanaşmalarının neytrallaşdırılması, həmçinin tariximüasir gerçəkliklərin ermənidilli auditoriyanın özünə çatdırılması baxımından əhəmiyyətlidir.

 

Hikmət BABAOĞLU,

Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı

 

Azərbaycan.- 2016.- 28 dekabr.- S.11.