Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycanda və onun hüdudlarından kənarda iqtisadiyyat,  elm, təhsil və mədəniyyətin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

“Şöhrət” ordeni ilə

 

Abdolbari Goozal

 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

 

Qasımov Sahil Məmmədyar oğlu

Rəhimov Əlzaman  Sabir oğlu

 

“Tərəqqi” medalı ilə

 

Ağakişiyev İsmayıl Əlövsət oğlu

Gündoğdu Maisə Faiq qızı

Hüseynov Afil Qurban oğlu

İsayev Çingiz Mikayıl oğlu

Kərimov Qasım Xanbala oğlu

Kiani Leyla Cavid qızı

Qəniyev Etibar Əbdül oğlu

Quliyev Rafail Rəsul oğlu

Qurbanov Elxan  Şubay oğlu

Məmmədov Elbrus  Fərman oğlu

Mirzəyev Emil Davud oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 29 dekabr.- S. 3.