Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284 IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, I kitab, maddə 250, ¹ 5, maddə 323; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 8, maddə 420; 2004, ¹ 3, maddə 123, ¹ 5, maddə 318, ¹ 6, maddə 415, ¹ 10, maddə 761, ¹ 11, maddə 901; 2005, ¹ 2, maddə 61, ¹ 6, maddə 466, ¹ 8, maddələr 684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə 1085; 2006, ¹ 2, maddə 68, ¹ 3, maddə 225, ¹ 5, maddə 387, ¹ 6, maddə 478, ¹ 8, maddə 657, ¹ 12, maddə 1005; 2007, ¹ 2, maddə 80, ¹ 6, maddə 560, ¹ 8, maddə 745, ¹ 10, maddə 937, ¹ 11, maddə 1053, ¹ 12, maddələr 1215, 1219; 2008, ¹ 3, maddə 145, ¹ 6, maddə 456, ¹ 7, maddə 602, ¹ 12, maddə 1049; 2009, ¹ 2, maddə 47, ¹ 5, maddə 295, ¹ 6, maddə 404, ¹ 7, maddə 517; 2010, ¹ 2, maddə 75, ¹ 3, maddə 171, ¹ 4, maddələr 265, 266, 276; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 586, ¹ 8, maddə 750, ¹ 12, maddələr 1073, 1102; 2012, ¹ 1, maddə 5, ¹ 5, maddə 403, ¹ 6, maddə 498; 2013, ¹ 1, maddə 15, ¹ 6, maddə 620, ¹ 11, maddə 1280, ¹ 12, maddələr 1469, 1478; 2014, ¹ 2, maddə 96, ¹ 7, maddə 768; 2015, ¹ 3, maddə 254, ¹ 5, maddə 512, ¹ 7, maddə 814, ¹ 10, maddə 1093; 2016, ¹ 1, maddə 26, ¹ 2, I kitab, maddələr 186, 204, ¹ 3, maddə 401, ¹ 4, maddələr 640, 646, ¹ 7, maddə 1248) aşağıdakı dəyişikliklər edilsin:

1. 98.13-cü maddədə “ona uyğun olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən” sözləri “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin.

2. 105-1.3-cü maddədə “birjasözüfond birjası” sözləri ilə əvəz edilsin.

3. 1076-8.3-cü maddənin ikinci cümləsində “qeydiyyata alınan” sözləri “təsdiq edilən” sözləri ilə əvəz edilsin.

4. 1076-12.2-ci maddənin birinci cümləsində “dövlət qeydiyyatı anından” sözləri “təsdiq edildiyi andan” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 noyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 30 dekabr.- S. 6.