Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə və elm, təhsil sahələrində nailiyyətlərinə  görə  aşağıdakı şəxslərə “Əməkdar  elm xadimi” fəxri adı verilsin:

 

Qurbanov Fazil  Səməd oğlu

Ömərov Murad   Ənvər oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 29 dekabr.- S.3.