GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında Protokolun təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında 2015-ci il iyulun 8-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Demokratiyaİqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 yanvar 2016-cı il

 

Azərbaycan. - 2016.- 2 fevral.- S. 2.