Gənclər hərəkatının inkişafında yeni mərhələ başlayır

 

YAP Gənclər Birliyinin hər bir üzvü Prezident İlham Əliyevin siyasi kursunun ən sadiq əsgəridir

 

Gənclik gələcəkdir, inkişafdır, tərəqqidir. Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi vacib yer tuturlar. Aktivavanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək hədəflərə çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir.

Müstəqil Azərbaycanın gənclər siyasətinin formalaşmasında, təbii ki, ulu öndər Heydər Əliyevin əvəzsiz xidməti vardır. Ümummilli lider xalqın təkid və tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Azərbaycan Prezidentinin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdmanTurizm Nazirliyi yaradılmış, 1995-ci ildə isə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüşdü. 20 il öncə Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxtregionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. 1997-ci il fevralın 1-də 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında ümummilli lider sərəncam imzalamış və həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Bu gün isə müstəqil Azərbaycanda müasir gənclər ordusu formalaşıb. Möhtərəm Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Bu da gənclərimizdən zamanın tələblərinə uyğun olaraq daha kreativ, daha innovativ olmağı tələb edir. Dövlət başçısının həyata keçirdiyi siyasi kursu dəstəkləyən minlərlə gənc müxtəlif təşkilat və birliklərdə fəaliyyət göstərərək dövlətə və dövlətçiliyə öz töhfələrini verməklə məşğuldurlar. Bu gün ölkəmizdə 300-dən çox gənclər təşkilatı 30-dan çox beynəlxalq platformada təmsil olunur.

Gənclər təşkilatı dedikdə isə, ilk növbədə ölkənin avanqard, flaqman təşkilatı olan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi yada düşür. 21 il öncə, 1995-ci ilin iyun ayında təsis olunan YAP Gənclər Birliyi 2 fevral 1998-ci ildə ilk ümumrespublika forumunu keçirmişdir. Forumda ulu öndər Heydər Əliyev çıxış edərək demişdir: “Azərbaycanın bugünkü gəncləri XXI əsrin qurucularıdır. Bizim apardığımız işlər, böyük layihələrimiz, neft müqavilələrimiz və həyata keçirdiyimiz iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatını qısa bir zamanda gücləndirəcək və insanların rifah halı günü-gündən yaxşılaşacaqdır. Buna əmin ola bilərsiniz. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnə biləcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər”.

O zaman təşkilatımızın 30 min üzvü vardı. Bu gün isə 667 min nəfər üzvü olan Yeni Azərbaycan Partiyasının üzvlərinin 40 faizini gənclər təşkil edir. Bu, sadəcə statistika deyil, gənclərin Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə və dövlətçiliyə sədaqətinin ifadəsidir.

YAP Gənclər Birliyi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirmühüm rol oynayır. Təşkilatımız mütəmadi olaraq müxtəlif təhsil müəssisələrinin tələbələri ilə görüşlər keçirir, onları ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırır, gənclərin cəmiyyətə inteqrasiya olmasına kömək göstərir. Bundan əlavə, YAP Gənclər Birliyi sosialeyni zamanda gənclərin biliklərinin artırılmasına zərurət olduqda dil, nitq qabiliyyətinin inkişafı üçün layihələr həyata keçirir. Ofisimizdə pulsuz dil kursları təşkil etmişik. Onun artıq ikinci mərhələsi yekunlaşmaq üzrədir. İlk dəfə olaraq ingilis dili ilə bağlı kurslar təşkil etmişdik. Təbii ki, sonrakı zərurəti nəzərə aldıqdan sonra rus dili kursları təşkil etdik. Hətta indi ofisimizdə fransız dili kursları da pulsuz təşkil olunmaqdadır. YAP Gənclər Birliyi xeyriyyəçiliklə də məşğul olur, tez-tez kimsəsiz uşaqlarqocalar evlərini ziyarət edir, bu müəssisələrə maddi və mənəvi dəstək verir. Həmçinin YAP Gənclər Birliyi aztəminatlı ailələrə və müxtəlif dərəcəli əlillərə yardım edir.

2015-ci ildə ölkəmiz tarixə qızıl hərflərlə yazılmış ilk Avropa Oyunlarına evsahibliyi etdi. YAP Gənclər BirliyiAvropa Oyunlarına dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirmişdir. Təşkil edilən tədbirlərdə gənclərə Avropa Oyunlarının mahiyyəti və əhəmiyyəti haqqında məlumat verilmiş, təbliğat işi aparılmışdır. Gənclər Birliyi ölkənin aparıcı mətbu orqanları ilə birgə bir neçə dəfə “dəyirmi masa” təşkil etmiş, gənclərlə fikir mübadiləsi aparmışdır.

Ötən il Azərbaycanda növbəti parlament seçkiləri baş tutdu. Hakim Yeni Azərbaycan Partiyası seçki prosesini uğurla həyata keçirdi. Seçkilər ərəfəsində partiya tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat prosesində partiyanın Gənclər Birliyinin üzvləri xüsusi aktivliyi ilə seçildilər. Seçki kampaniyası ərəfəsində Gənclər Birliyinin üzvləri partiya rəhbərliyinin verdiyi bütün tapşırıqları yerinə yetirərək həm müşahidəçi, həm namizədlərin təbliğatçısı, həm də seçki qərargahının üzvü kimi seçkilərdə iştirak etdilər. Parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin böyük əksəriyyəti qələbə qazandı ki, bu da xalqımızın dövlət başçısına, YAP-a inamından irəli gəlir.

Gənclər Birliyinin üzvləri ötən il dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərə qatılmışdır. Birliyin üzvləri İsraildə, Niderlandda, Brüsseldə, Şimali Koreyada, Rusiyada, ABŞ-da, Dominikan Respublikasında, Sloveniyada, Gürcüstanda, Türkiyədə, Malayziyada, Vyetnamda müxtəlif görüşlər keçirmişforum, konfranslarda iştirak etmişlər.

2015-ci ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəaliyyətində əlamətdar hadisələrdən biri də 4-cü hesabat konfransının keçirilməsi oldu. Konfransda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 5 il ərzində gördüyü işlər təqdim edildi. Gənclər Birliyinin sədr, sədr müavinləri, şura və idarə heyətinin seçilməsi üçün səsvermə keçirildibuna əsasən növbəti tərkib müəyyənləşdi.

Bu gün gənclərə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan Avropa ölkələrinin bir çoxunu üstələyir. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi vasitəsilə gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının təşəbbüslərinin reallaşdırılması məhz yeni məzmunda həyata keçirilən siyasətin məntiqi nəticəsidir.

Ölkə Prezidenti hər zaman gənclərə diqqət və qayğı göstərir, onların çağırışlarına müsbət cavab verir. Bu, yanvarın 29-da Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə bir daha təsdiqini tapdı. Görüşdə dövlət başçısı vurğuladı ki, dövlət gənclərə hər zaman dəstək olubbundan sonra da bu dəstək davam etdiriləcək. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə keçirilən ilk forumun Azərbaycanda gənclər siyasətinin müəyyənləşməsində mühüm rol oynadığını diqqətə çatdırdı: Biz Azərbaycanda güclü, özünə güvənən dövlət qururuqbu dövlət əbədi yaşamalıdır” deyən Prezident İlham Əliyev son 20 ili inkişafsabitlik dövrü kimi xarakterizə etdi, Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında təmsil olunduğunu, mühüm enerji layihələrini icra etdiyini, kosmik ölkəyə çevrildiyini, iqtisadi şaxələndirilmənin aparıldığını, elmin və təhsilin inkişafı ilə bağlı mühüm addımların atıldığını, güclü ordunungüclü sosial siyasətin qurulduğunu vurğuladı. Hazırda iqtisadi sahədə ciddi islahatların aparılmasına böyük ehtiyac olduğunu deyən dövlət başçısı bildirdi ki, gələcək illər innovasiya dövrü olacaq və əsas sözü texnologiyalar deyəcək. Buna görə də neftdən asılılıq tamamilə aradan qaldırılmalı, gənclər də cəmiyyətin bütün işlərində fəallıq nümayiş etdirməlidirlər. Gənclərin cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynadığını deyən Prezident gənclərin fəaliyyətini yüksək qiymətləndirdi: “Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Hətta sovet dövründə dilimizi, adət-ənələrimizi, bayramlarımızı qorumuşuq. Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq”.

Dövlət başçısı həmçinin gənclərə öz tövsiyələrini də verdi. Bildirdi ki, gənclər milli ruhda böyüyəndə, əlbəttə, xarici təsirin heç bir əhəmiyyəti olmayacaq. Ona görə də vətənpərvərliyi, milli dəyərləri, ənənələri yüksək formada qorumalıyıq: “Bugünkü Azərbaycan iqtidarı bu sahəyə çox böyük diqqət göstərir. Elə etməliyik ki, bu proses davamlı olsun. Bizdən sonra hakimiyyətə gələn nəsil də bu amalla yaşasın: dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət”.

Çox böyük qürur duyuram ki, bu görüşdə Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunan gənclər sırasında mən də varam. Hesab edirəm ki, bu mükafat həm də YAP Gənclər Birliyinin 300 minə yaxın üzvünün fəaliyyətinə verilən ən böyük qiymətdir.

YAP Gənclər Birliyi də ölkənin avanqard gənclər təşkilatı kimi söz verir ki, öz üzərimizə düşən bütün vəzifələri böyük həvəslə, istəklə yerinə yetirəcək və daim Prezident İlham Əliyevin yanında və dövlət başçısının həyata keçirdiyi siyasətin dəstəkçisi olacağıq.

 

Seymur ORUCOV,

Azərbaycan Prezidentinin fəxri diplomçusu,

YAP Gənclər Birliyinin sədri

 

Azərbaycan. - 2016.- 2 fevral.-  S.6.