Tufandağ” ödənişsiz təlimlərə start verib

 

2 fevral -  Gənclər günü münasibətilə 100 nəfər şagird və müəllim bu kampaniyadan bəhrələnib

 

Qəbələ rayonundakı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində yeni xizəkçilik mövsümü ilə əlaqədar dağ-xizək idman növü üzrə ödənişsiz təlimlərə start verilib. Dünən Gənclər günü münasibətilə kompleksdə möhtəşəm tədbir keçirildi. Kompleksin direktoru Əvəz Nəbiyev tədbiri açıq elan edərək bildirdi ki, bu mötəbər günlə əlaqədar hər il olduğu kimi, bu il də məktəblilərin xizəksürmə aksiyası təşkil olunub. Aksiyaya Qəbələ şəhər 3 saylı və 4 saylı tam orta məktəbin 100 nəfər şagird və müəllim heyəti qatılıb. Ümumilikdə isə builki aksiyalarda indiyə kimi 350 şagird və müəllim iştirak edib. Aksiyanın mövsümün sonuna qədər davam etdirilməsi nəzərdə tutulur.

Direktor dedi ki, orta məktəb şagirdlərinin dağ-xizək idman növünə marağının artırılması, xizəkçiliyin sirlərinə yiyələnməsi və onların peşəkar idmançı kimi yetişdirilməsi üçünTufandağda hər cür şərait yaradılıb. Bu xizək mövsümündə Qəbələ və ətraf rayonların şagirdləri qrafikə uyğun olaraq kompleksdə göstərilən kanat və xizək xidmətlərindən bəhrələnəcəklər. Peşəkar təlimçilər kompleksin yeni xizəkçilik məktəbində yeniyetmə qız və oğlanlara 50 dəqiqə ərzində buz üstə xizəklə sürüşməyi, sağaya sola dönməyi və dayanmağı öyrədirlər. Şagirdlərin məktəbdən kompleksə gətirilməsi və geri qaytarılması üçün avtobuslar təşkil olunur, onlar xizək geyim formaları ilə təmin edilir.

Kompleksdə şagirdlərin təhlükəsizliyinin təmin olunması, sağlamlığının qorunması üçün həkim qrupu fəaliyyət göstərir. Şagirdlərin böyük marağına səbəb olan bu təmənnasız xizəkçilik təlimləri martın sonunadək davam etdiriləcək. Ölkəmizdə qış turizminin inkişafına kömək məqsədilə keçirilən bu təlimlərdə iştirak edən yeniyetmə və gənclər arasında gələcəkdə müxtəlif yarışların təşkili və onların yerli və beynəlxalq turnirlərdə iştirakının təmin olunması nəzərdə tutulur. Şagirdlər üçün ötən xizəkçilik mövsümündə də pulsuz təlimlər təşkil edilmişdi və ümumilikdə 1000-dən çox məktəbli təlimlərdən bəhrələnərək xizəkçiliyin sirlərinə yiyələnmişdir. Həmçinin, kompleks tərəfindən KİV nümayəndələri üçün həftə arası günlərdə dağ-xizək idmanı üzrə ödənişsiz olaraq təlimlərin təşkili, onların kanat, hotelrestoran xidmətlərindən pulsuz yararlanması üçün tədbirlərin görülməsi nəzərdə tutulur. Hazırda xizək yolunda 8 sürüşmə zolağı turistlərin istifadəsinə verilib.

 Əvəz Nəbiyev qeyd etdi ki, bölgədə ən çox turist qəbul edən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin tikintisində işlərin birinci mərhələsi başa çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər görülür. 2014-cü il yanvarın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kompleksin 4 kanat xəttinin hamısı və 10 xizək yolundan 8-ində tikinti işləri başa çatdırılıb, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlarbeşulduzluTufandağhoteli açılıb, bütün dağ-xizək yolu süni qar yağdıran generasiya sistemi ilə təchiz edilibgün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6, 10 xizək yolunun uzunluğu isə 17 kilometrdir.

Kompleks rəhbərinin sözlərinə görə,  istirahət kompleksinin xidmətlərindən ötən iki il ərzində 270 min nəfərdən çox yerlixarici qonaq faydalanıb. Hazırda kompleksin ərazisi qalın qar örtüyü ilə əhatə olunubburada xizəkçilik üçün əlverişli şərait mövcuddur. Müxtəlif turizm şirkətləri tərəfindən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə xizəkçiliklə əlaqədar xüsusi turlar təşkil edilir.

Turistlər əvvəlcə kanat yolu ilə qarla örtülmüş uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, Duruca kəndini və ətrafdakı çayları, meşələri seyr edirlər. Onlar bir nəfər üçün 10 manat ödəməklə kompleksin 4 kanat yolu ilə dağlarda 6 kilometr məsafə qət edə bilirlər. Turistlərin 1660 metr hündürlüyə qalxaraq dağın zirvəsindəki kaferestoran xidmətlərindən də bəhrələnmək imkanları var. Ümumilikdə isə kompleksin ərazisində böyüklər və uşaqların istirahəti üçün hər cür şərait mövcuddur.

 

Əli SƏLİMOV,

 

Azərbaycan. - 2016.- 2 fevral.-  S.7.