Qeyri-neft sektorunun ən gəlirli sahələrindən biriturizmdir

 

Prezident İlham ƏLİYEV: “Turizmin inkişafı daha sürətlə getməlidir”

 

Azərbaycanın turizm sahəsində qazandığı nailiyyətləri əyani göstərmək üçün 2012-ci ildə Bakıda keçirilən “Eurovisionu və keçən il böyük uğurla baş tutan I Avropa Oyunlarını xatırlatmaq kifayətdir. Amma bu cür qitə əhəmiyyətli tədbirlərsiz də ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Bundan əlavə, Bakıda və bölgələrdə keçirilən beynəlxalq idman yarışları, musiqi festivalları və digər tədbirlərdə iştirak edən qonaqlarımız üçün yaradılan şərait, onların ölkəmizdən razı qayıtması  da turizmin inkişafını aydın göstərən reallıqdır.

Azərbaycanda iqtisadiyyatın neft amilindən asılılığını təmin etmək üçün artıq neçə illərdir qeyri-neft sektorunun inkişafı prioritet vəzifə kimi qarşıya qoyulub. Nəticədə nəzərəçarpacaq uğurlar qazanılıb. Məsələn, Qusar rayonu ərazisində fəaliyyət göstərən “Şahdağkurort zonasında turistlər həm yayda, həm də qışda istirahət edə bilirlər. Bu zona əsasən dövlət vəsaitləri hesabına yaradılıb. Sonra özəl qurumlar da orada hotelmehmanxanalar inşa ediblər. Lakin bütün infrastrukturubirinci hoteli dövlət öz hesabına tikib.

Prezident İlham Əliyev bu kompleksin məqsədini vurğulayaraq demişdir: “İnsanlara şərait yaratmaq, o bölgəni - şimal bölgəsini inkişaf etdirmək, yerləri yaratmaq, xarici turistləri cəlb etmək və gələcəkdə gəlir qazanmaq üçün - budur məqsəd. Burada həm sosial, həm regional, həm iqtisadi siyasət birləşir. Ona görə turizm üçün bütün başqa məqbul zonalarda turizm geniş inkişaf etməlidir. İndi bizim belə zonalarımız var.”

Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada turizmi inkişaf etdirmək mümkün olmasın. Qəbələ rayonunun beynəlxalq turizm zonasına çevrilməsi, Naftalanın beynəlxalq müalicə-kurort mərkəzi kimi şöhrətinin özünə qaytarılması deyilənlərin sübutudur. Şabran rayonundaQalaaltı”, NaxçıvandaDuzdağmüalicəvi kurort  mərkəzlərinin yaradılması da bu qəbildən olan dəyərli tədbirlərdir.

Bir sözlə, son 12 il ərzində Azərbaycanda turizm potensialı xeyli inkişaf etmiş, yeni beynəlxalq səviyyəli istirahət mərkəzləri yaradılmış, dünyanın ən müasir hotel brendləri ölkəmizə gəlmişdir. İndi istər ölkənin iri şəhərlərində, istərsə Qəbələdə, Şamaxıda, Qubada, Lənkəranda, Şəki-Zaqatala zonasında digər çoxsaylı yüzlərlə istirahət mərkəzləri fəaliyyət göstərir.

İndiki iqtisadi böhran şəraitində qeyri-neft sektorunun əsas qollarından biri olan turizmin daha sürətlə inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Dövlət turizm sektorunun inkişafı üçün yerli xarici sərmayənin cəlb edilməsini vacib hesab edir. Yerli şirkətlər bu sahəyə investisiya qoymalıdır. Bu işə  xarici şirkətlər qoşulmalıdır.

Lakin sərmayələrin yönəldilməsi infrastrukturun yaradılması heç bütün məsələləri həll etmir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafına qarşıda duran vəzifələrə həsr olunan iclasında, eləcə Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqram”ının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda turizmin inkişafı üçün kompleks tədbirlərin gərək olduğunu bildirmiş, ilk növbədə, bütün süni əngəllərin aradan qaldırılmasının vacibliyini qeyd etmişdir. Bütün süni əngəllər aradan götürülür. Vizalarla bağlı mövcud olan problemlər aradan götürülür ki, Bakıya, Azərbaycana səyahət etmək istəyən xarici qonaq vaxt itirmədən bilet alıb müvafiq prosedurlardan keçib gələ bilsin, istirahət edə bilsin.”

Məlumdur ki, Azərbaycanda turistləri maraqlandıran bir sıra ənənəvi sənət növləri var. Hər bir turist gəldiyi ölkədən müəyyən nişanə, yadigar, yaxud hədiyyə kimi bir suvenir əşya aparmaq istəyir. Məsələn, müxtəlif ölçülü xalçalar, digər xalq sənəti nümunələri onların ən çox seçdikləri məhsullardandır. Turistlərin diqqətini Azərbaycan xanımlarının milli baş örtüyü olan kəlağayı da çox cəlb edir.

Bütün bunları nəzərə alaraq dövlət başçısı yerlərdə turistləri maraqlandıran ənənəvi sənət növlərinin inkişaf etdirilməsini tapşırmışdır. Kəndlərdə bu işin, məsələn, xalçaçılığın təşkili çox fayda verə bilər. Bunun üçün xalçaçı qadınlar dəzgahlarla, iplərlə, digər materiallarla təmin olunmalıdırlar. Beləliklə, həm kənd yerlərində yaşayan qadınların məşğulluq problemi dolanışığı həll olunar, həm turistlərin hədiyyə seçimi geniş olar, həm həmin məhsullar xaricə ixrac edilər.

Turizmin bu cür kompleks şəkildə inkişafı sahənin gündən-günə güclənməsinə qeyri-neft sektoruna öz töhfəsini verməsinə səbəb olacaq.

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2016.- 4 fevral.-  S.5.