Şamşad Axtar: Azərbaycanın iqtisadisosial inkişaf üzrə təcrübəsi təqdirəlayiqdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi xanım Şamşad Axtar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycanın BMT, onun ixtisaslaşmış təşkilatları və regional qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. O, belə səfərlərin əlaqələrin perspektiv inkişafı baxımından faydalı olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov qeyri-neft sektorunun inkişafının hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Vurğulanıb ki, informasiyakommunikasiya texnologiyaları, multi-modal nəqliyyat infrastrukturu və digər sahələrdə İqtisadiSosial Komissiya çərçivəsində üzv dövlətlər ilə əməkdaşlıq üçün əlverişli imkanlar var.

Nazir Komissiyanın hədəflərindən biri olan regional əlaqələr və bağlantıların inkişafı istiqamətinin Azərbaycan üçün əhəmiyyətindən bəhs edərək deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Trans-Avrasiya Super İnformasiya Magistrali (TASİM) layihələri bu baxımdan çox önəmlidir. Komissiyanın bu layihələrə dəstəyi hərtərəfli regional əməkdaşlıq üçün geniş imkanlar açacaq”.

Komissiya ilə Azərbaycanın əlaqələrindən danışan Şamşad Axtar iqtisadisosial inkişaf üzrə Azərbaycanın özünəməxsus təcrübəsinin təqdirəlayiq olduğunu qeyd edib. O, inkişafın Azərbaycan modelinin müxtəlif regional müstəvidə daha geniş təqdim olunması üçün Azərbaycanı Komissiyanın cari il üçün nəzərdə tutulmuş yüksək səviyyəli tədbirlərində iştiraka dəvət edib.

Görüşdə, həmçinin Azərbaycan ilə BMT arasında münasibətlərə, AsiyaSakit okean üzrə İqtisadiSosial Komissiya çərçivəsində regional əməkdaşlıq layihələrinə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 4 fevral.-  S.3.