İslahatlar davam edir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının yaradılması sahibkarların hüquqlarının qorunmasında mühüm rol oynayacaq

 

Çin əlifbası hərflərdən yox, yaponlarda olduğu kimi, heroqliflərdən ibarətdir. Bu dildə “böhransözü cəmi 2 heroqliflə ifadə olunur: birinci heroqlif “təhlükələr” mənasını daşıyır, ikincisi isə “imkanlar”. Azərbaycan və dünyanın əksər dillərində isə “böhransözü özündə bu iqtisadi terminin yalnız mənfi təzahürlərini əks etdirir, Çin dilindəki ikinci heroqlifin mənasını daşıyan “imkanlar” anlayışından məhrumdur. Belə çıxır ki, böhran haqqında hər bir xalqın özünəməxsus təsəvvürü var. Bu baxımdan Çin dilində böhran sözünün mənasını daha düzgün saymaq olar. Yəni, təhlükələr çoxaldıqca imkanlar da genişlənir.

Hələ 268 il bundan əvvəl rus alimi Lomonosov maddə kütləsinin itməməsi qanununu kəşf edir və belə qənaətə gəlir ki, “... təbiətdə baş verən bütün dəyişikliklərdə hər hansı cisimdən nə qədər maddə alınırsa, eyni miqdarda maddə başqa cismə əlavə olunur. Deməli, bir yerdə materiya azalırsa, başqa bir yerdə əlavə olunur...” Su qaynadıqda buxara çevrilir, 1200 dərəcədən artıq qızdırıldıqda isə parçalanaraq hidrogen və oksigenə ayrılır. Amma itmir. Qazanda qaynadılıb “yox olansu da fəzada hər hansı bir formada - buxarya qaz halında qalır, yəni, düşündüyümüz kimi itmir.

Böhran zamanı baş verən prosesləri də qaynayıb yox olan su ilə müqayisə etmək mümkündür. Neftin qiymətinin 4 dəfədən artıq azalması onun dəyərdən düşməsi demək deyil. “Qara qızıl” qızıllığını itirməyib. O, hamıya lazımdır. Sadəcə, qazancımızın qaymağı başqalarının cibinə axıb gedir, neft istehsalçıları itirdikcə, idxalçılar görünməmiş gəlirlər və imkanlar qazanırlar. Uduzanlar iqtisadiyyatı şaxələndirməməkdə ittiham edilir ki, udanların apardığı iqtisadi müharibə pərdələnsin və neftin ucuzlaşması təbii bazar silkələnmələri kimi yozulsun.

Bu gün dünyada qlobal ədaləti axtarmaq işğal edilmiş Azərbaycan torpaqlarını Minsk qrupunun qaytaracağına ümid bəsləmək qədər mənasızdır. Reallıqda qlobal maraqlar uğrunda aparılan gizli müharibələr supergüclərin iqtisadi ambisiyalarına, varlanmasına, zəiflərin isə çökməsinə xidmət edir. Qlobal ədalət, qlobal harmoniya dünyada heç vaxt mövcud olmayıb, indinin özündə də utopiya kimi qəbul edilir və qaliblər min il əvvəl olduğu kimi, bu gün də mühakimə olunmurlar. Bəs, çıxış yolu nədədir? Biz nəyə güvənməli, hansı mexanizmlərə söykənməliyik?

Bu suala cavab tapmazdan əvvəl Çin dilindəki böhran sözünün mənasına bir də qayıdaq - “təhlükələr” və “imkanlar”. İndiki şəraitdə təhlükələr nə qədərdirsə, bir o qədər də imkanlar mövcuddur. Bu imkanları üzə çıxarmaq, onlardan maksimum faydalanmaq təhlükələri dəf etməyin ən qısa yoludur.

Dövlət başçısının son tədbirlərdəki bütün çıxışları, imzaladığı fərman və sərəncamlar məhz bu imkanları üzə çıxarır, ölkə vətəndaşlarını nikbinliyə, fəallığa, ideyaların və təkliflərin müzakirəsinə çağırır. Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında da Prezident İlham Əliyev çətinliklərin labüdlüyünü qeyd edərək bədbinliyə heç bir əsas olmadığını bildirdi: “Bölgədə və dünyada yaşanan vəziyyət əlbəttə ki, bizi narahat edir. Lakin, eyni zamanda, biz bu vəziyyətdə daha da fəal işləməliyik, öz siyasətimizi uğurla aparmalıyıq və ölkə qarşısında duran bütün vəzifələri icra etməliyik”.

Dövlət başçısı konfransda ölkədə ictimai-siyasi sabitliyin, xalq-iqtidar birliyinin və əhalinin maraqlarının müdafiə edilməsinin onun üçün hər şeydən üstün olduğunu bir daha bəyan etdi, milli həmrəyliyin, vahid amal ətrafında birləşməyin böyük uğurların təminatında əvəzsiz rol oynadığını vurğuladı: Buna görə mən Azərbaycan vətəndaşlarına minnətdaram və Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, dünyada baş verən bütün hadisələrə, böhranlara baxmayaraq, Azərbaycan bundan sonra da inamla inkişaf edəcəkdir”.

Bu o deməkdir ki, böhran vəziyyətində bizim güvəndiyimiz ən vacib amillərdən biri daxili sabitlik, vətəndaş həmrəyliyidir. Soyuq təfəkkür və sarsılmayan birlik bizə imkan verir ki, indiki böhran burulğanlarından, supergüclərin iqtisadi zərbələrindən özümüzü ağılla müdafiə edək, təhlükələrdən yayınaraq inkişaf yolundan dönməyək, ağlımıza və əllərimizə güvənək. Ona görə ki, bizi özümüzdən savayı kimsə irəli aparmayacaq.

Son aylar kənd təsərrüfatında, sənayedə, biznes mühitində daha çevik idarəetmə mexanizmləri tətbiq edilir, sahibkarlığın inkişafında əngəl törədən maneələr qanunvericilik səviyyəsində aradan qaldırılır, kompleks tədbirlər həyata keçirilir. Böhran təhlükələrindən sovuşmaq üçün imkanlar müzakirə edilir, realuğurlu addımlar atılır.

Son belə addımlardan biri dövlət başçısının 3 fevral 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının yaradılmasıdır. Belə bir qurumun yaradılması kommersiya, biznes və ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində çalışan adamlarına verilən ciddi hüquqi dəstəkdir. Apelyasiya Şurasının əsasnaməsində yeni təşkilatın məqsəd və məramları aydın görünür. Bu qurum fizikihüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılması sahəsində çoxpilləliyi təmin edən, şikayətlərin baxılma mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılan kollegial orqandır.

Şura sahibkarlıq fəaliyyəti göstərən fizikihüquqi şəxslərin şikayətlərinə baxacaq, araşdırılan şikayətlərlə bağlı yazılı qərar qəbul edəcək, dövlət başçısına yarımillik və illik hesabat arayışları təqdim edəcək, həmçinin qəbul etdiyi qərarların icrasını nəzarətdə saxlayacaq.

Apelyasiya Şurasına ciddi səlahiyyətlər verilmişdir. Yeni qurum şikayətləri araşdırarkən zəruri məlumatları və sənədləri əldə etmək üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, fizikihüquqi şəxslərə sorğular vermək, vəzifəli və digər şəxsləri iclaslarına dəvət etmək, onlardan izahatlar almaq, aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlərin verilməsi üçün birbaşa Azərbaycan Respublikası Prezidentinə müraciət etmək və bir sıra digər ciddi hüquqlara malikdir.

Ümumiyyətlə, dövlət başçısı həmişə ölkənin birinci islahatçısı kimi vacib qərarlar verib. İndiki durumda sənayenin və kənd təsərrüfatının inkişafında bəyan olunan prioritet istiqamətlər, innovativ təkliflər də məhz Prezidentə məxsusdur. Yanvarın 29-da isə Prezident İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşündə böhrandan çıxış yolları kimi daha vacib bir məqama toxunaraq Azərbaycanda elmin, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət ayrıldığını və intellektual mülkiyyətin ölkə iqtisadiyyatının inkişafında xüsusi rol oynadığını vurğuladı.

Qərbin məşhur bir zərb - məsəli var: əgər bilirsənsə güclüsən. Reallıq ondan ibarətdir ki, bu gün öz işini qurmaq istəyən kiçik fermerlər və sahibkarlar dövlətin qayğı və böyük maliyyə dəstəyinə baxmayaraq, bürokratik çətinliklər, maneələrlə üzləşir, bəzən də biliklərinin azlığı üzündən düşündükləri ideyanı, işi reallaşdıra bilmirlər. Nəticədə onların başlamaq istədiyi təcrübə və biliklərin azlığından ya yarımçıq qalır, ya da elə rüşeym halında boğulur. Belə halların aradan qaldırılması üçün aparılan islahatlar genişmiqyaslı xarakter daşımaqla yanaşı, yaxın və uzaq perspektivlərə köklənir, bütün problemlərin həllində düzgün və səmərəli yollar seçilərək tətbiq edilir, hər bir sahibkarın hərtərəfli inkişafı üçün şərait yaradılır.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan. - 2016.- 6 fevral.- S.2.