Tat mədəniyyətinin incilərindən

 

Tolerantlığı ilə seçilən Azərbaycan hazırda dünya dövlətləri üçün bir nümunədir. Sivilizasiyaların qovuşağında yerləşən ölkəmizdə dilindən və dinindən asılı olmayaraq bütün xalqlara münasibətdəki səmimilik özünü ilk andaca büruzə verir. Yəni Azərbaycan azsaylı xalqlar üçün açıq və onlara fərqli baxılmayan dövlətdir.

Ölkəmizdə yaşayan azsaylı xalqlardan biri də tatlardır. Şabran rayonunda da tatlar az deyil. Bugünə qədər öz dillərini, mədəniyyətlərini qoruyub saxlayan tatların “Xınayaxdı” xalq folklor ansamblı da respublikada çox məşhurdur. Xalqımızın toy şənliyinin müəyyən hissəsi sayılan xınayaxdını ansamblın folklor dili ilə nəsildən-nəslə çatdırması bir nümunəyə çevrilib.

Ansamblın yaranmasında ümummilli lider Heydər Əliyevin tövsiyələri əsas rol oynayıb. 1978-ci ildə ulu öndər Heydər Əliyev azsaylı millətlərin mədəniyyəti və yaşam tərzi barədə kitab hazırlanmasını hökumət orqanlarına tapşırır. Həmin dövrdə respublikada yaşayan bütün azsaylı xalqların mədəniyyəti ilə bağlı sənədli filmin çəkilməsi də qərara alınır.

Ansamblın bədii rəhbəri Bayram Ağasıyev o zaman Bakıda təhsil alırmış. Yerli mətbuatdan oxuyub ki, Lənkəranda talışlardan ibarət bir ansambl yaradılıb və tez-tez çıxış edirlər. Beləliklə, o da yeni bir qrupun yaradılmasına nail olur. O, 1979-cu ildə musiqi məktəbini bitirib Şabrana qayıtdıqdan sonra doğulub böyüdüyü Dağbilici kəndində tatlardan ibarət ansamblı ərsəyə gətirmək qərarına gəlir. 1980-ci ildə Bakıda keçirilən müsabiqələrin birində “Xınayaxdı” folklor ansamblı adı ilə ilk çıxışlarını edirlər. Və elə ilk çıxışları böyük uğur gətirir.

Kollektivin repertuarında tatdilli mahnıların azərbaycancaya çevrilən variantları da var. Onlar həm tat, həm də Azərbaycan dillərində səsləndirilir. Televiziyaradio verilişlərində folklor ansamblının ifalarına vaxtaşırı yer ayrılır.

1986-cı ildə kollektiv “Xınayaxdı” folklor ansamblı kimi qeydiyyatdan keçir: “Bu, bizim üçün böyük uğur idi. Bunu təkcə biz yox, bütün mədəniyyət işçiləri yaxşı bilirdilər ki, ansamblın yaradılması birbaşa ulu öndər Heydər Əliyevin xalqların milli mədəniyyətlərinə diqqət və qayğısının nəticəsidir. Çünki ümummilli lider həmişə insanlara, millətindən asılı olmayaraq, qiymət verirdi”.

Kollektivin üzvləri respublikada keçirilən onlarla müsabiqədə iştirak edib, Moskvada, Sankt-Peterburqda, Kazanda beynəlxalq festivalların qalibi olub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra “Xınayaxdı” ansamblı öz fəaliyyətini bir qədər də genişləndirir. Birinci Qarabağ müharibəsinin ilk günlərindən başlayaraq “Xınayaxdı” ansamblı ön cəbhədə - Ağdamda, Cəbrayılda, Zəngilanda - döyüş meydanlarının bir addımlığında, hərbi hissələrdə çıxış edib.

Bu o vaxtlar idi ki, Azərbaycan xalqı erməni işğalçılarına qarşı birgə mübarizəyə qalxmışdı”, - deyə Bayram müəllim söhbətinə davam edir: “Hərbi hissələrdə görüş zamanı kəndimizdən olan döyüşçülərlə rastlaşırdıq. Bu ölkənin bütün insanları azadlıq mübarizəsinə qalxmışdı. Onların arasında tat da, ləzgi də, yəhudi də, molokan da vardı. Məncə, bu, azsaylı xalqların vətən uğrunda apardıqları mübarizənin multikultural birliyi idi. O illərdə kollektiv respublikada keçirilən onlarla müsabiqədə iştirak etdi. Nəhayət, 1996-cı ildə “Xınayaxdı” xalq kollektivi statusu verildi. Siz taleyə baxın, kollektiv yaradılanda ümummilli liderin xeyir-duasını alıb. Sonradan ona verilən xalq kollektivi adı da məhz ulu öndərin hakimiyyəti dövrünə düşüb. Bu, uzun illərin yaradıcılıq işlərinə verilən diqqət və qayğı idi”.

Həmin dövrdən kollektiv milli azlıqların, respublikanın və Şabranın elə bir tədbiri olmaz ki, orada iştirak etməsin. Əsrlərin keçmişinə söykənən tamaşaları, mahnıları tariximizin müxtəlif dövrlərini yaşadır. Onların oynadıqları səhnələr də qəribə adlanır: “Əkinçi”, “Öküzüm”, “Toy”, “Varım da gözəl, yarım da”. Bu folklor nümunələri insanın gözləri qarşısında əsrlər öncəni canlandırır. Onların oynadığı səhnələr tatlarla azərbaycanlıların birliyini, bir-birinə qardaş olan millətlərin vahidliyini, ayrılmazlığını nümayiş etdirir.

Ansamblın repertuarını əsasən qədimdən gələn mahnı və səhnələr təşkil edir. Bu nümunələrin çoxu nənə-babalarımızın nəsildən-nəslə keçən yaddaş boğçasıdır.

Kollektivin səhnələşdirdiyi mahnıların əksəriyyəti qədim zamanları özündə əks etdirən əmək nəğmələridir. Ümumiyyətlə, bu mahnılar əkinçilik ənənələrini yaşadır. “Tatsözünün özününbir mənası əkin, əkinçi deməkdir.

Ölkəmizin qəhrəmanlıq tarixini əks etdirən səhnə və rəqslər də kollektiv tərəfindən məharətlə ifa edilir. Onu da deyək ki, “Yallı” rəqsinin qədim formada oynanılması məhz “Xınayaxdı”ya məxsusdur.

Milli azlıqlardan sayılan tatların inkişaf yolu Azərbaycanla bağlıdır. Sevincini, kədərini, uğurunu yerli xalqla bölüşən tatları həm də əsrlərin ruh birliyi qovuşdurur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışlarının birində bildirmişdir ki, ölkəmizin mədəniyyəti burada yaşayan xalqların qarşılıqlı birliyinin, sintezinin qovuşuğudur. Əgər onlar olmasaydı, mədəni irsimiz belə zəngin, mükəmməl olmazdı. Yuxarıda qeyd etdiyimiz ruh birliyi də məhz bu fikrə söykənir. Yəni bundan sonra min il də keçsə, milli azlıqlarla azərbaycanlılar həmişə bir yerdə olacaqlar.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilMultikulturalizm ilielan edilib. “Xınayaxdıxalq folklor ansamblının üzvləri Rəna Ağasıyeva, Aybəniz Ramazanova, Zaur Ağasıyev, Cəmilə Ağaverdiyeva, Sübhanə Aslanova, Fəxrəndə Ağaverdiyeva başqaları 30 ilə yaxındır kollektivdə çalışırlar. 35 nəfərədək üzvü olan kollektiv bu il üçün xüsusi hazırlaşmağı qarşısına məqsəd qoyub. Folklorla zəngin olan tat tarixindən yeni nümunələr, birgə mədəni əlaqələri canlandıran səhnələr hazırlanır.

Onu da əlavə edək ki, bu ilXınayaxdıxalq folklor ansamblının yaranmasının 30 illiyidir. Kollektiv bu ilinonlar üçün uğurlu olacağına əmindir.

 

Akif ƏLİYEV,

 

Azərbaycan. - 2016.- 6 fevral.- S.5.