Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 17                                      Bakı şəhəri, 28 yanvar 2016-cı il

 

“2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə  Nazirliyinin  təklifini  nəzərə alaraq, xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərin müalicəsinin həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara  alır:

1. “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramıtəsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2016.- 7 fevral.- S.1.