Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 22                                                  Bakı şəhəri, 28 yanvar 2016-cı il

 

“2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında

 

Qanın, qan komponentlərinin donorluğu qan xidməti haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu qan xidmətinin inkişafına dair Tədbirlər Proqramıtəsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2016.- 7 fevral.- S.1.