Yeni iqtisadi siyasət ilkin nəticələrini verir

 

Dünyada cərəyan edən qeyri-müəyyənliklər, qlobal maliyyə bazarlarındakı qeyri-sabitlik nəticəsində demək olar ki, bütün ölkələrdə iqtisadi artım azalıb. Təsadüfi deyil ki, ötən ilin sonlarında qlobal iqtisadi artım proqnozu Beynəlxalq Valyuta Fondu tərəfindən növbəti dəfə aşağı salındı ki, bu da hazırda beynəlxalq iqtisadi və maliyyə durumunda mövcud olan mürəkkəbliyi təsdiq edir.

Digər tərəfdən bütün bu proseslər neftneft məhsullarının qiymətlərinin 2014-cü ilin ortalarından kəskin aşağı düşməsini şərtləndirib. Bunun da mənfi fəsadları ayrı-ayrı ölkələrdə müxtəlif amillərlə yanaşı, bir sıra valyutaların, o cümlədən xammal ixrac edən ölkələrin milli valyutalarının ucuzlaşmasında və gəlirlərinin azalmasında özünü göstərib. Hətta güclü iqtisadiyyata və maliyyə resurslarına malik ölkələr belə, bundan ciddi əziyyət çəkirlər. Enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi təbii proses deyilsüni şəkildə stimullaşdırılır. Bununla belə, reallıq onu göstərir ki, bu gün dünyada yeni dövr yaşanır. Belə şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə daxili resurslarına arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməlidir.

Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət respublikamızın zəngin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşdırılmasına və son illərdə ölkəmizin gəlirlərinin artmasına gətirib çıxarıb. Amma son dövrlərin mürəkkəb qlobal iqtisadi prosesləri, neftin qiymətinin düşməsi Azərbaycanın da iqtisadi inkişafına təsirsiz ötüşmürilk növbədə ölkəmizə valyuta daxilolmalarının azalmasında özünü göstərir. Lakin bütün bunların fonunda, qlobal təbəddülatların dərinləşdiyi bir dövrdə dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycanın böhran şəraitində də iqtisadi dayanıqlığını qoruması və iqtisadi artıma nail olması ölkəmizin ən mühüm nailiyyətlərindən biridir. Bunun da əsas səbəblərindən biri ölkəmizin dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı öz iqtisadi modelinə uyğun düzgün siyasət həyata keçirməsidir.

Bununla belə, neftin qiymətinin aşağı düşməsindən sonra yaranmış situasiya ölkəmizdə də iqtisadiyyatda gələcək neqativ ssenarilərə qarşı mütləq qoruyucu və qabaqlayıcı mexanizmlərin həyata keçirilməsini və gücləndirilməsini zəruri edir. Bu sırada iqtisadiyyatın inkişafının davamlı olmasına, iqtisadi azalmanın qarşısının alınmasına xidmət edəcək antiböhran xarakterli xüsusi tədbirlər, həmçinin milli iqtisadiyyatın inkişafını yeni şəraitə çevik uyğunlaşdırmaq xüsusi əhəmiyyət kəsb edir.

Təsadüfi deyil ki, bununla əlaqədar milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi çağırışları daha da aktuallaşıb. Çünki Azərbaycan büdcəsinin əhəmiyyətli hissəsinin enerji resurslarının satışından əldə olunan gəlirlər hesabına formalaşdığına görə, neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına və maliyyə sisteminə mənfi təsir göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin iqtisadisosial məsələlərin həlli və regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrasının ikinci ildönümü ilə bağlı müşavirələrdə ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğuenerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək iqtisadi siyasətin əsas istiqamətlərini müəyyən edib. Prezident İlham Əliyevin nitqlərində ölkəmizin inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyət dərindən təhlil edilib, yeni vəzifələr müəyyənləşdirilib. Bu vəzifələr əsasən iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, əlverişli istehsal mühitinin yaradılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçirilməsi, sosial təminat sahəsində məqsədyönlü işlərin görülməsi və digərlərindən ibarətdir. “Tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcək” - deyə Prezident İlham Əliyev bildirib.

Artıq ölkədə iqtisadi və maliyyə sektorlarında, idarəçiliyin təkmilləşdirilməsində, şəffaflığın təmin edilməsində yeni islahatların həyata keçirilməsinə start verilib və görülən işlər hazırkı mərhələdə öz bəhrəsini verir. Bu istiqamətdə atılan addımlardan biri Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılmasıdır. Bununla bağlı Prezident İlham Əliyevin fərmanında bildirilir ki, son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər ölkədə qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyinin və şəffaflığının təmin olunmasını, həmçinin bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də ictimai nəzarət sisteminin yaradılmasını zəruri edir. Ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı, rəqabətqabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması tələb olunur.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılmasında da məqsəd ölkəmizin qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsi, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdir.

Yeni islahatların bir istiqamətini də neqativ hallara qarşı mübarizənin gücləndirilməsi təşkil edir. Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının yaradılması da məhz bu məqsədə xidmət edən addımlardan biridir. Apelyasiya Şurasının yaradılmasında məqsəd sahibkarlıq fəaliyyəti göstərən fizikihüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsidir. Bundan başqa, Prezidentin fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da apelyasiya şuraları yaradılıb.

İctimai əsaslarla fəaliyyət göstərəcək Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının vəzifələri mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apelyasiya şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən sahibkarlıq fəaliyyəti göstərən fizikihüquqi şəxslər tərəfindən verilmiş şikayətlərə baxılmasını təmin etmək, şuraya daxil olan şikayətlər ilə əlaqədar hərtərəfli, tamobyektiv araşdırma aparmaqişin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış şəkildə yazılı qərar qəbul etmək, baxılan müraciətlərin uçotunu aparmaq, onları təhlil etmək, icmallaşdırmaq və nəticəsi barədə Azərbaycan Prezidentinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək, fəaliyyəti zamanı öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaqdan, qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrininqanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görməkdən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin açıqlamasında bu barədə deyilir: “Fərmanın qəbul edilməsindən sonra sahibkarlıq fəaliyyəti göstərən fizikihüquqi şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, mərkəzi icra hakimiyyəti orqanının və onun yerli (struktur) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının apelyasiya şuralarına müraciət edə biləcəklər. Bundan əlavə, sahibkarlar yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının apelyasiya şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına müraciət edəcəklər”.

Bu islahatın nəticəsində yerli icra hakimiyyəti və mərkəzi icra hakimiyyəti orqanlarının sahibkarların hüquqlarının qorunması sahəsində məsuliyyəti bir qədər də artıb. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının sahibkar-dövlət orqanı münasibətlərində yaranan mübahisələrin çevik həllinə imkan verəcək.

Dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış durumuna mənfi təsirinin azaldılması ilə bağlı antiböhran tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, görülən işlər barədə ictimaiyyət daim məlumatlandırılır. Prezident İlham Əliyevin tapşırığı ilə yüksək rütbəli dövlət məmurlarının bölgələrdə keçirdiyi qəbullar və ictimaiyyətlə görüşlər bunun bariz nümunəsidir. Bu cür görüşlər regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar, 2016-cı ildə həyata keçiriləcək işlər, nəzərdə tutulan tədbirlər barədə vətəndaşları daha yaxından məlumatlandırmaq məqsədi daşıyır. Həmçinin belə görüşlərin məqsədi problemləri, insanları maraqlandıran məsələləri yerindəcə öyrənib həllinə nail olmaqdır.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2016.- 9 fevral.- S. 1.