Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 36                                                  Bakı şəhəri, 5 fevral 2016-cı il

 

Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamətəsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində:

2.1. Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Xidmətinin tabeliyində ərazi prinsipi əsasında tibbi-sosial ekspert komissiyaları yaratsın, onların dislokasiyasını sayını müəyyən etsin;

2.2. tibbi-sosial ekspert komissiyalarının tərkibini, ştat cədvəlini xərclər smetasını Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Xidmətinin təqdimatına əsasən təsdiq etsin.

3. Tibbi-sosial ekspert komissiyaları müvafiq olaraq Azərbaycan Respublikasının dövlət büdcəsi Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına maliyyələşdirilir.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu qərardan irəli gələn müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

5. “Tibbi-sosial ekspert komissiyaları haqqındaƏsasnamənin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 160; 2001, ¹ 11, maddə 725, ¹ 12, maddə 803; 2003, ¹ 4, maddə 219, ¹ 6, maddə 342; 2006, ¹ 9, maddə 819, ¹ 10, maddə 903; 2008, ¹ 2, maddə 130, ¹ 8, maddə 787; 2010, ¹ 12, maddə 1123; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 449; 2012, ¹ 10, maddə 1013; 2013, ¹ 10, maddə 1198) ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2016.- 10 fevral.- S.1.