Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşü

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Münxendə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Ölkəmizdə sərmayə qoyuluşu baxımından münbit şəraitin olduğu bildirildi.

Söhbət zamanı Azərbaycanın və Almaniyanın adamları arasında qarşılıqlı biznes səfərlərinin təşkilinin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

 AZƏRTAC

 

Azərbaycan. - 2016.- 13 fevral.- S. 1.