Prezident İlham Əliyevin “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru ilə görüşü

 

Fevralın 12-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinKaspersky Lab” şirkətinin sahibi icraçı direktoru Yevgeni Kasperski ilə görüşü olub.

Görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olundu. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi. Kibercinayətkarlığa qarşı mübarizə sahəsində və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 13 fevral.- S. 2.