Gənclərə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir

 

Azərbaycanı əbəs yerə gənclər ölkəsi adlandırmırlar - dünyada dinamik inkişaf edən nadir ölkələrdənik ki, əhalimizin əksər hissəsini gənclər təşkil edir. Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişən bu nəsil dövlətin iqtisadi və mədəni inkişafında mühüm rol oynayır, ildən-ilə öz potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. Biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında, yeni texnologiyaların tətbiqində, respublikamızda genişmiqyaslı islahatların gerçəkləşdirilməsində gənclərin rolu getdikcə artmaqdadır.

Bu il dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü tamam olacaq müstəqil Azərbaycanın ötən illərdəki sabit və davamlı inkişafında, habelə əldə etdiyi möhtəşəm nailiyyətlərdə gənclərin rolu əvəzsizdir. Ötən əsrin sonlarına doğru dövlət müstəqilliyinin bərpası prosesində canı, qanı ilə iştirak edən, sonrakı mərhələdə dövlətçiliyin möhkəmləndirilməsi prosesində öncüllüyü ilə seçilən Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində daim fəal mövqe tutmuş, cəmiyyət üçün son dərəcə faydalı təşəbbüslərlə çıxış etmişdir. Gənclərin hərtərəfli inkişafı müasir Azərbaycanın sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədə olub, onun qlobal rəqabətədavamlılığının və milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

Bu günlərdə Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupunu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından söz açmış, eyni zamanda həllini gözləyən problemləri önə çəkmişdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə hələ 20 il əvvəl - 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi ölkəmizin müasir tarixində son dərəcə əlamətdar hadisələrdən biri kimi xatırlanır.

Ulu öndərin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan xaosanarxiya girdabından çıxmış, gənc nəslin sosial-mənəvi tərəqqisi, habelə idmanın, olimpiya hərəkatının genişləndirilməsi məsələləri dövlət siyasətinin mühüm qollarından birinə çevrilmişdir. Hələ ötən əsrin 70-ci illərində respublikaya rəhbərlik etdiyi dövrdə ulu öndər Heydər Əliyevin həyata keçirməyə başladığı ideyaproqramlar müasir həyatın tərkib hissəsi olaraq yeni imkanlar əldə etmişdir. Gənclərin dövlət idarəetməsində yaxından iştirakı təmin olunmuş, eyni zamanda müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınması, olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət almışdır.

Xalqın gələcəyi naminə gəncliyin mütəşəkkil və yetkin qüvvə kimi formalaşmasına, milli problemlər ətrafında səfərbər olunmasına daim xüsusi diqqət göstərən Heydər Əliyevin 1993-cü ilin 22 sentyabrında gənclərlə görüşməsi ümummilli liderin Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı roluna verdiyi önəmin, onun Azərbaycan gəncliyinə böyük rəğbət və qayğısının göstəricisi olmuşdur. Gənclərin yenidən təşkilatlanması, ölkədə bu hərəkatın, gənclik əzmi və enerjisinin vahid mərkəzdən idarə olunması məqsədilə ulu öndər 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalamışdır.

1995-ci ilin martında respublika gəncləri ilə görüşən ulu öndər onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etmişdir. Bu bəyanatın real təzahürü 1996-cı il fevralın 2-də ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə hər üç ildən bir Azərbaycan gənclərinin forumunun təşkil edilməsi, ölkədə gənclər gününün təsis olunması, onların problemlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması, gənclərin dövlət quruculuğu prosesinə daha yaxından cəlb edilməsi ilə reallığa çevrilmişdir. Ulu öndər Heydər Əliyevin 2 fevral 1997-ci il tarixdə imzaladığı fərmana əsasən, fevral ayının 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Ümummilli lider sonrakı mərhələdə gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını da təmin etmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı bu baxımdan xüsusi vurğulanmalıdır. Bu qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına, habelə idmanın kütləviləşməsinə əsaslı təsir göstərmişdir.

Ümummilli lider tərəfindən imzalanmış “Gənclər siyasəti haqqında” 9 aprel 2002-ci il tarixli  Azərbaycan Respublikası Qanununun qəbul edilməsi xüsusi olaraq qeyd edilməlidir. Qanunun 3-cü maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi onların fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, imkan və bacarıqlarının reallaşdırılmasına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir.

Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasət 2003-cü ilin oktyabrından Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısı gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 30 avqust 2005-ci il tarixdə “Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır. Sözügedən sərəncam mühüm sənəd olmaqla, gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət etmişdir. Yeniyetmə və gənclərin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, onların mənzil şəraitinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və bu kimi məsələlər dövlət proqramında əksini tapmışdır.

Azərbaycanda gənclər siyasətinin daha dolğun və hərtərəfli təşkili üçün Prezident İlham Əliyev 2006-cı il yanvarın 30-da Gənclər və İdman Nazirliyinin yaradılması haqqında sərəncam imzalamışdır. Bundan başqa, dövlət başçısının müvafiq fərmanı ilə gənc ailələrin mənzil probleminin həlli üçün ipoteka kreditlərinin verilməsinə başlanılmışdır. Bununla da gənclərin mənzil probleminin həlli istiqamətində çox ciddi addım atılmışdır.

Hazırda Azərbaycanın təhsil sisteminin vəzifələrindən biri də hərtərəfli biliyə, bacarığa, məsuliyyət hissinə, dünyagörüşə malik şəxsiyyət formalaşdırmaqla yanaşı, xalqın milli, əxlaqi, humanist, mədəni dəyərlərinə yiyələnən, millətini, vətənini sevən, qoruyan, şərəfini uca tutan sağlam nəsil yetişdirməkdir. Dövlət başçısı cənab İlham Əliyev gənclərlə görüşündə bununla bağlı demişdir: “Yadımdadır, Moskvada oxuyanda Novruz bayramında bufetə şəkərbura, paxlava, səməni gətirəndə məni orada tənqid edir, tənbeh edirdilər ki, Əliyev burada dini bayramı qeyd edir. Yəni o da olub. Amma qorumuşuq və müdafiə etmişik. Baxmayaraq ki, Novruz bayramı dini bayram deyil, indiki şəraitdə, əlbəttə, biz onu qorumalıyıq. Çünki indi başqa risklər, başqa çağırışlar var - qloballaşma, digər kənar təsirlər. Bəzi xarici dairələr gənclər arasında aparırlar və aydındır ki, bunun məqsədi nədir. Məqsəd özləri üçün dayaq yaratmaqdır. O dayaq ki, nə vaxtsa işə salına bilər. Amma gənclər milli ruhda böyüyəndə, əlbəttə ki, xarici təsirin heç bir əhəmiyyəti olmayacaq. Ona görə vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və biz qoruyuruq”.

Vətən eşqi ilə yaşayan, yüksək sivilizasiyalı cəmiyyət qurmağa qadir olan insan isə məktəbdə yetişərək müstəqil həyata atılır. Son illərdə respublikanın bütün bölgələrində inşa olunan yeni məktəblər, mədəniyyət müəssisələri, möhtəşəm olimpiya idman kompleksləri gənclərin məhz belə bir ovqatda köklənməsinə hesablanmışdır. Gənc nəslə qayğı siyasətini davam etdirən dövlət başçısı İlham Əliyevin 2011-ci il 6 aprel tarixli “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncamı da xüsusi əhəmiyyətə malik olmuşdur. Sərəncam əsasında hazırlanaraq təsdiqlənmiş dövlət proqramı isə gənclər siyasətini daha da inkişaf etdirmək, onların menecment sahəsində fəal iştirakına şərait yaratmaq, mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi daşımışdır.

Ümumiyyətlə, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elmidman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Bunda məqsəd, şübhəsiz, yeni düşüncəli, kreativ ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etməkdir.

Azərbaycan Prezidenti İlham Əliyev gənclərlə görüşündə onların təhsili məsələlərinə də xüsusi diqqət çəkərək demişdir: “Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək. Bu gün artıq hərbi sahədə yeni texnologiyalar hər şeyi dəyişir. O qədər də böyük orduya malik olmayan ölkələr bəlkə də hərbi cəhətdən ən güclü ölkələrə çevrilir. Ona görə biz bu sahəni daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaqonunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir”.

Dövlətin yaradıcı gənclərə dövlət qayğısının artırılması sahəsində fəaliyyəti  elm, təhsil, mədəniyyət, incəsənət, xalq yaradıcılığı sahələrini əhatə etmiş, istedadlı gənclərin aşkarlanmasına və onların fərdi işinin qorunmasına yönəlmişdir. Bu məqsədlə mütəmadi olaraq müvafiq dövlət orqanları və yaradıcılıq ittifaqları ilə birlikdə gənclər arasında müsabiqələr, olimpiadalar, bilik yarışları, elmi-əyləncəli oyunlar, konsertfestivallar keçirilmişdir. Gənclərin əsərlərindən ibarət sərgilər təşkil edilmiş, kitablarının nəşrinə kömək göstərilmişdir. Hər ilin yekununa görə fərqlənmiş gənclər nazirliyin təsis etdiyi diplommükafatlarla təltif olunmuşlar.

Dövlət başçısı İlham Əliyev gənclərlə görüşü zamanı televiziyalarda intellektual oyunların sayının artmasını təqdir etmişdir: “İntellektual oyunların Azərbaycanda keçirilməsi və xüsusilə televiziya vasitəsilə göstərilməsi çox böyük effekt verir. Misal üçün, “Nə? Harada? Nə vaxt?”, “Xəmsə”, ondan sonraBrain Ring” - onları mən indi vaxtaşırı televiziyada izləyirəm. Bundan başqa, “Parlaq zəka”, “Mən azərbaycanlıyam”. Deyə bilərəm ki, bir çox kanallarda intellektual oyunlar keçirilir. Bir çox yaxşı verilişlər var. Onlar həm intellektual səviyyəni qaldırır, eyni zamanda, vətənpərvərlik hisslərini artırır”.

Son illərdə istedadlı şagird, tələbə və gənc alimlərin beynəlxalq müsabiqələrdə, elmi konfranslarda, simpoziumseminarlarda iştirakının təmini istiqamətində müəyyən işlər görülmüş, habelə gənclərin təşəbbüs və fəaliyyətlərinə dəstək verilmişdir. Qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin inkişafına yönəlmiş layihələr də diqqət mərkəzində olmuşdur. Gənc soydaşlarımızın iştirakı ilə hər il müxtəlif yaradıcılıq müsabiqələri, festivallar keçirilmiş, gənc yazarların əsərlərinin çapına kömək göstərilmişdir.

Dövlət başçısının gənclərlə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsinə xüsusi yer ayırması da təsadüfi deyildir. Beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanaraq respublikamızın haqlı mövqeyini ilk gündən qətiyyətlə müdafiə edən, təcavüzkar Ermənistanın konkret faktlar əsasında ifşasına nail olan cənab İlham Əliyev sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə güc tətbiqinin qaçılmaz olacağını vurğulayır. Dövlət başçısı gənclərlə görüşündə münaqişənin həlli ilə bağlı ikili standartları da daim kəskin tənqid edir.

Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş və əsas məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaq olan “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda haqlı olaraq qeyd edilir ki,  Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslərin önündə olmuşdur. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olmuşlar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınmış, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılmışdır. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlmiş, onların idarəetmədəki rolu artmışdır.

Bu diqqətin bariz nümunəsi olaraq 2 fevral Azərbaycan Gəncləri Günü elan edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunmuşdur. Son 7 il ərzində 3000-dən çox gənc “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın qabaqcıl ali məktəblərinə göndərilmişdir. Hazırda paytaxt və bölgələrdə 250-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi gənclərin nailiyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından xüsusi önəm kəsb edir.

Strategiyanın əsas vəzifələri sırasına təhsillə əlaqədar mühüm məsələlər daxil edilmişdir: gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək; gənc mütəxəssislərin bilik və bacarıqlarını işəgötürənlərin tələblərinə uyğunlaşdırmaq məqsədilə beynəlxalq standartlara cavab verən təhsil proqramları hazırlamaq və tətbiq etmək; elmi tədqiqat institutlarında çalışan gənc alimləri müasir, lisenziyalı, xüsusi ixtisaslaşdırılmış İKT paket proqramları ilə təchiz etmək.

 Bu gün gənclərin inkişafı üçün yeni imkanlar yaradılmışdır. Ali təhsil sisteminin daha da inkişaf etdirilməsi istiqamətində aparılan addımlar bu zaman xüsusi olaraq qeyd edilməlidir. Həmin istiqamətlərin biri Bakı Dövlət Universitetində təhsilin qurulmasında gənclər siyasətinin ön plana çəkilməsidir. Burada birbaşa dövlətimizin dəstəyi ilə qurulan məktəblər xüsusi qeyd edilməlidir. Məsələn, uzun müddət respublika üzrə hüquqşünas kadrların əsas hazırlanma mənbəyi olan BDU-nun Hüquq fakültəsində müxtəlif istiqamətlər üzrə elmi məktəblər formalaşmışdır. BDU-da qeyd edilən klassik hüquq sahələri üzrə elmi məktəblərdən başqa, son dövrlər ölkənin hazırkı və perspektiv iqtisadi inkişaf istiqamətlərinə uyğun olan və əmək bazarının tələblərini nəzərə alan yeni hüquq sahələri üzrə də elmi məktəblərin (Dəniz və enerji hüququ, Kommersiya hüququ, İnsan hüquqları, Transmilli cinayət hüququ, İnformasiya hüququ, Avropa hüququ) formalaşmasına çalışılır. Bu sahədə əsas xüsusiyyətlərdən biribu hüquq məktəblərinin formalaşmasında xarici elmi məktəblərin bazasından istifadə edilməsidir. Bu baxımdan ABŞ-ın nüfuzlu Tüleyn Universiteti Hüquq fakültəsi arasında “Dəniz və enerji hüququ” sahəsində magistratura proqramı təşkil edilmişdir. Artıq iki ildir ki, yeni ixtisas üzrə qəbul həyata keçirilir və tədrisin bəzi fənləri ilkin dövrdə əcnəbi mütəxəssislərin iştirakı ilə aparılır.

Cinayətkarlıqla mübarizənin beynəlxalq aləmdə daha səmərəli aparılması üzrə BDU ilə Almaniyanın Maks Plank adına Beynəlxalq və Müqayisəli Cinayət Hüququ İnstitutu arasında imzalanmış memoranduma əsasən isə artıq iki ildir ki, BDU-daTransmilli cinayət hüququ” ixtisası üzrə magistratura pilləsinə qəbul həyata keçirilir. Bundan başqa, Hüquq fakültəsində “Kommersiya hüququkimi yeni magistratura ixtisaslaşmasında Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri üçün ingilis dilində geniş kadr hazırlığı həyata keçirilir. “İnsan hüquqları” magistraturası isə Azərbaycan Respublikası Prezidentinin 2006 və 2011-ci il tarixli insan hüquqları üzrə milli fəaliyyət proqramlarına uyğun həyata keçirilir. “Avropa hüququ” magistraturası Almaniyanın Vürzburq Universitetiuniversitetimiz arasında imzalanmış memoranduma əsasən qurulmuşdur. Tədrisin ingilisalman dillərində aparıldığı bu istiqamətdə artıq 2012-ci ildən ikili diplomların verilməsi həyata keçirilir. Yeni tədris ilindən isə “İnformasiya hüququ” ixtisaslaşması üzrə kadr hazırlığı həyata keçiriləcəkdir. Hüquq ixtisası üzrə Avropada, ABŞ, Türkiyə və digər xarici dövlətlərdə təhsil almış azərbaycanlı gənc məzunlar isə bu gün Hüquq fakültəsinin müvafiq magistraturalarında və ingilis bölmələrində tədris prosesini uğurla aparırlar.

Son dövrlər təhsildə “Sabah” qruplarının təşkili isə bu inkişafı daha da artırmışdır. Sabah” qruplarında təhsil sisteminin müasir səviyyədə qurulması, tələbə-müəllim münasibətlərinin tam dəqiqliklə müəyyən edilməsi kimi real bir nəticənin əldə edilməsinə çalışılması praktikasının, hesab edirəm ki, digər qruplara da yayılmasına gətirib çıxaracaqdır.

Bütün bunlar göstərir ki, hazırda gənclər siyasətinin uğurla inkişaf etdirilməsi istiqamətində dövlətimiz tərəfindən bütün addımlar atılmışdır. Gənclərin isə bu siyasəti müvəffəqiyyətlə doğrultması və Azərbaycan dövlətçiliyini qoruması zəruridir. Azərbaycan Respublikasının beynəlxalq miqyasda öz layiqli yerini tutması gənclərin üzərinə də müəyyən vəzifələr qoyur. Belə ki, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək üçün onların xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər olması və azərbaycançılıq ruhunda tərbiyə edilməsi vacib şərtlərdir.

Beləliklə, dövlət başçısının gənclərlə son görüşü bir daha təsdiqləyir ki, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

 

Əmir ƏLİYEV,

Bakı Dövlət Universitetinin

Hüquq fakültəsinin dekanı, professor

 

Azərbaycan. - 2016.- 14 fevral.- S.6.