Litva Respublikasının Prezidenti Zati-aliləri xanım Dalya Qribauskayteyə

 

Hörmətli xanım Prezident,

Litva Respublikasının milli bayramı münasibətilə Sizibütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, siyasi, iqtisadi və mədəni əlaqələrimizin, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 12 fevral 2016-cı il.

 

Azərbaycan. - 2016.- 16 fevral.- S. 2.