50 illik tarixi olan BMT İnkişaf Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri

 

2015-ci ilin sentyabrında dünya liderləri insanları və planeti dayanıqlı inkişaf yoluna aparacaq birgə razılaşdırılmış hədəflərdən ibarət olan yeni Dayanıqlı İnkişaf Məqsədlərini qəbul etdilər. Bu məqsədlər aclığa son qoymaq, insan həyatını dəyişmək və planetimizi qorumaq üçün ölkələrin qlobal fəaliyyət istiqamətlərini müəyyən edəcək yeni inkişaf gündəliyinin təməlini qoymuşdur.

Biz Azərbaycanda dayanıqlı və inklüziv iqtisadi inkişafı təbliğ etmək, institusional bacarıqları, eləcə də səmərəli ictimaisosial xidmətləri gücləndirmək, həmçinin ətraf mühitin idarə edilməsi və təbii fəlakətlərə qarşı dayanıqlığı artırmaq əzmindəyik. Yeni Qlobal Məqsədlər buna nail olmaqda bizə kömək edəcək. Məqsədlər ətraf mühiti qorumaqla bərabər, ləyaqət, bərabərlik, ədalət, hər kəs üçün ümumi rifah və firavanlığın təşviqi uğrunda birgə fəaliyyətimizi izhar edir. Biz aclığa son qoya biləcək, ilkiqlim dəyişikliyinin mənfi təsirlərinin qarşısını ala biləcək son nəsilik.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramındakı fəaliyyətim mənə qarşıya məqsəd və hədəflərin qoyulması təqdirində uğura nail olmağı öyrətdi. Məsələn, ölkənin, xüsusilə kənd və rayon ərazilərində gənclərin ictimai qərar qəbul etməkdə səlahiyyətlərinin artırılması və qadınların iqtisadi hüquqlarının yaxşılaşdırılması bizim əsas məqsədlərimizdəndir. Azərbaycan hökuməti ilə bu sahədə dəyişiklik etmək üçün birgə əməkdaşlıq edirik.

Dayanıqlı İnkişaf Məqsədlərinin qəbulu bizim əməkdaşlığımız üçün ümidverici imkanlar açır və daha sıx tərəfdaşlığımız üçün yeni imkanlar yaradır! Biz qarşıdakı illərdə işimizi davam etdirmək niyyətindəyik.

Cari “2030 Qlobal İnkişaf Gündəliyi” 15 il ərzində həyata keçirilmiş Minilliyin İnkişaf Məqsədləri (2000-2015-ci illər) əsasında yaradılmışdır. Milyonlarla insanın həyatı məhz həmin inkişaf gündəliyinin birgə tətbiqi nəticəsində xilas olmuşdur. Minilliyin İnkişaf Məqsədləri ifrat yoxsulluğun azaldılması, daha yaxşı içməli su mənbələrinə çıxışın təminatı, yoxsul təbəqənin həyat səviyyəsinin yaxşılaşdırılması və ibtidai məktəblərdə gender bərabərliyinin əldə olunması kimi hədəfləri reallaşdırıb. Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin tətbiqi dövründə ifrat yoxsulluq aradan qaldırılmış, mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılmış, məktəblərə qeydiyyat dərəcəsi ibtidai, ümumitam orta təhsil səviyyələrində 99,8-100 faizə çatdırılmış, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunmuş, 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşmüşdür. Uşaqana ölümü əhəmiyyətli dərəcədə azalmış, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilmiş, malyariyanın qarşısı tamamilə alınmış, ətraf mühitin mühafizəsi və qorunması üçün qlobal tərəfdaşlığın təmin edilməsində mühüm irəliləyişlər əldə olunmuşdur. Aparılmış işlər belə davam etsə, biz daha çox inkişaf məqsədləri reallaşdıracağıq!

Keçən 20 il ərzində 5 yaşadək uşaq ölümü yarıya enmişqlobal səviyyədə ana ölümü nisbəti təqribən iki dəfə azalmışdır. Hazırda heç vaxt olmadığı qədər insan immun çatışmazlığı virusu infeksiyasına qarşı antiretroviral müalicəyə cəlb edilir. Malyariyaya qarşı qəti mübarizənin genişlənməsi nəticəsində bu xəstəlikdən hər il 6 milyon ölüm halının qarşısı alınmışdır. Məqsəd və hədəfləri özündə əks etdirən ortaq gündəliyin dəyərini göstərməklə böyük tərəqqi əldə edilmişdir.

Bu uğurlara baxmayaraq, yoxsulluq kimi bəşəriyyətin bu nöqsanı hər kəs üçün hələ də azalmamışdır.

Təsdiq edilmiş inkişaf gündəliyi ilə biz daha irəli gedərək dünyada yoxsulluğun, aclığın sona çatdırılması və əsas səhiyyə problemlərinin tam həllinə, eləcə də insanlar arasında bərabərsizlik, iqtisadi artım, layiqli əmək, enerji, iqlim dəyişikliyi, sülh və ədalət üzrə məqsəd və hədəflərin yaradılmasına yeni zəmin yaradacağıq.

Bir-biri ilə əlaqəli çətinliklərə qarşı mübarizədən əhəmiyyətli nəticələr əldə edəcəyimizə inanıram. Qlobal Məqsədlərə nail olmaqda hərəkətə keçmək və daha çox birgə rifahın qurulması hər kəsin marağında olan məsələdir. Bu, həmçinin hər bir insana və planetə faydalı geniş sərmayə imkanlarına yol açacaq. Qlobal fəaliyyət üçün bu yeni iddialı gündəliyin uğuru xüsusilə yerli səviyyədə liderlər, hökumətlər və insanlar tərəfindən əldə olunacaqdır. Məqsədlər hamımız üçün əhəmiyyətli olmalıdır və hər birimiz gələcəyimiz üçün üzərimizdə ümumi məsuliyyət daşımalıyıq.

Gəlin ümumi problemlərimizə diqqət yetirək və bütün ölkələrin qarşılaşdığı bu problemlərin öhdəsindən gələ bilmək üçün çalışaq. Yeni, hər kəsə şamil edilən və qarşılıqlı əlaqəli olan Dayanıqlı İnkişaf Məqsədləri ilə daha çox irəliyə gedə, yoxsulluğun bütün növlərinə son qoya, heç kəsin bu gündəlikdən kənarda qalmamasını təmin edə, dayanıqsız təcrübələrlə mübarizə aparabütün ölkələrdə hər kəs üçün şərəfli gələcək qura bilərik.

BMT İnkişaf Proqramı dünyanı daha firavan, sağlam, inklüziv və dayanıqlı etmək üçün 170-dən çox ölkədə çalışaraq 50 illik təcrübə əldə etmişdir. Məhz 1966-cı ilin fevralında BMT yoxsulluqla mübarizə naminə bu unikal təşkilatın təməlini qoydu. Biz 50 il əvvəl başladığımız işi tamamlamaq və hər kəs üçün yoxsulluğa son qoymaq əzmindəyik. Dayanıqlı İnkişaf Məqsədləri bəşəriyyət tarixində ən israrlı səylərdən biridir və çalışdığım beynəlxalq təşkilat qlobal gündəliyə nail olmaqda rəhbərliyi həyata keçirmək üçün tamamilə səfərbər olmuşdur. Bu tək biziminkişaf etmiş ölkələrin yox, həm də adi vətəndaşların və liderlərin işidir. Bu bəşəriyyətin ümumi işidir. Bu işi tamamlamaqda Azərbaycanın öz payı var.

Bu nailiyyəti və BMT İnkişaf Proqramının 50 illik yubileyini fevralın 20-də 300-dən çox gənci bir araya gətirərək ölkədə Milli BMT Modeli Konfransı keçirməklə qeyd edəcəyik. Dayanıqlı İnkişaf Məqsədləri sona çatanda onların verdiyi nəticələrdən ən çox faydalanan məhz belə gənclər olacaqdır.

BMT İnkişaf Proqramı Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması üçün öz milli planını hazırlayan Azərbaycanı dəstəkləməyə hazırdır. Bəşəriyyət və planet üçün dayanıqlı nəticələrə nail olmaq naminə Azərbaycanda hökumət, özəl sektor, vətəndaş cəmiyyəti və bir çox digər tərəfdaşlarla birgə sıx əməkdaşlıq edəcəyik. BMT İnkişaf Proqramı BMT sisteminə aid olan digər agentliklərlə birlikdə ölkədə Dayanıqlı İnkişaf Məqsədləri üzrə əhəmiyyətli tərəqqinin əldə olunması üçün Azərbaycanı dəstəkləyəcək və digər tərəfdaşlarla əməkdaşlıq edəcəkdir.

 

Ercan MURAT,

BMT İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən

 

Azərbaycan. - 2016.- 16 fevral.- S.7.