“Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanışlıq

 

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olub.

Gəncə artıq qitə əhəmiyyətli şəhərlərdən birinə çevrilib. Bu baxımdan şəhərin “2016-cı il Avropa Gənclər paytaxtı” elan olunması təsadüfi deyil. Bununla bağlı həyata keçirilən tədbirlər sırasında “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkının inşası mühüm yer tutur.

Məlumat verildi ki, parkın inşasına 2015-ci ildə başlanılıb. Tikinti işləri ilin sonunda başa çatdırılıb. Park şəhərin daxili imkanları hesabına inşa olunub. Ümumi sahəsi 1,8 hektar olan parkda geniş tikinti-quruculuq abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Parkın mərkəzində hündürlüyü 5 metr olanGəncliyin qanadlarıabidəsi ucaldılıb. Bu da parkın dizaynına maraqlı elementlər əlavə edib, bu istirahət guşəsini zövqlü formalarla zənginləşdirib. Gəncənin 2016-cı ildəAvropanın Gənclər paytaxtıolması ilə bağlı burada xüsusi kompozisiya da quraşdırılıb.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 18 fevral.- S.5.