Gəncə
Dövlət Filarmoniyasının binasında tikinti
işlərinin gedişi ilə
tanışlıq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də
Gəncə Dövlət Filarmoniyasının binasında
tikinti işlərinin gedişi ilə tanış olub.
Gəncədə mədəniyyət və incəsənət müəssisələrinin tikintisi və müasirləşməsi prosesi də uğurla davam etdirilir. Onların sırasında Gəncə Dövlət Filarmoniyası xüsusi yer tutur. Dövlətimizin başçısı 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoymuşdu. Hazırda bu obyektdə işlərin əsas hissəsi görülüb.
Məlumat verildi ki, bu tikili qəzalı vəziyyətə düşmüş köhnə filarmoniya binası, “Bakı” kinoteatrı və Uşaq Yaradıcılıq Mərkəzinin yerində ucaldılır. Bir hektardan çox ərazidə tikilən altımərtəbəli yeni binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, iki kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılır. Binada restoran və kafelər, o cümlədən 800 kvadratmetrlik yeraltı qaraj tikilir.
Dövlətimizin başçısı tikinti işlərinin uğurla
yekunlaşdırılması ilə bağlı
tapşırıq və tövsiyələrini verdi.
AZƏRTAC
Azərbaycan. - 2016.- 18 fevral.- S.6.