İqtisadi inkişafmilli psixologiya

 

Bu gün milli psixologiyaların iqtisadi proseslərə təsiri ciddi araşdırılır. Hər bir xalqın inkişaf yolunda ona iqtisadiyyatın müxtəlif sahələrində uğur gətirən və bəzən də geriyə salan fərqli etnik amillər mövcuddur. Bu təsadüfdür, yoxsa qanunauyğunluq? Müxtəlif ölkələrin müxtəlif sahələrdəki nailiyyətləri və itkiləri milli psixologiyadan, milli adət və ənənələrdən nə dərəcədə asılıdır? Hər hansı bir xalqın iqtisadiyyatı ilə onun tarixi, mədəniyyəti, dinimilli keyfiyyətləri arasında bağlılıq mövcuddurmu?

Ölkəmizdə aparılan geniş islahatların, qəbul edilən ciddi qərarların və şəxsən dövlət başçısının yalnız son günlər ərzində sahibkarlara dəstək üçün imzaladığı çoxsaylı fərman və sərəncamların fonunda bu suallar ritorik görünmür. Əksinə, qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq üçün düşünməyə və özümüzü başqa xalqlarla müqayisə edərək düzgün qənaətlərə gəlməyə sövq edir.

Müxtəlif millətlərin və xalqların iqtisadi proseslərdə ayrı-ayrı nəticələr əldə etməsi yenilik deyil və artıq uzun müddətdir ki, müxtəlif elmlər tərəfindən geniş tədqiq olunur. Nəticələr heyrətamiz, alimlərin gəldikləri qənaətlər isə fərqlidir. Marksistlər bazisüstqurum haqqında nəzəriyyəyə əsasən bunu özlərinə məxsus tərzdə izah edirlər. Ötən əsrin məşhur Qərb psixoloqu M.Veber əks mövqedən çıxış edərək etnosun varlığını təmin edən əsas amilin ideologiya olduğunu bildirir. Veberə görə, biznes qərblilərə, daha dəqiq protestantlara daha yaxındır. O belə hesab edir ki, konservativ yapon təfəkkürü uğurlu deyil. Lakin o da faktdır ki, milli inkişaf konsepsiyasına istinad edən yaponlar dünya iqtisadiyyatında liderə çevrilməklə Veberin bu nəzəriyyəsini alt-üst ediblər.

Qərb bu gün də belə hesab edir ki, ənənəvi Şərq cəmiyyətində yaşayan xalqların psixologiyası ifrat konservativliyi ilə fərqlənir, onlar novasiyaları böyük çətinliklə qavrayırlar. Dünyanın bir çox tədqiqatçıları milli psixologiyanın iqtisadiyyata yox, əksinə, iqtisadiyyatın milli psixologiyaya təsirini araşdırırlar. C.M.Keyn belə hesab edir ki, iqtisadi mühitdəki davranışlara milli psixologiyanın özəllikləri təsir edir. O, “Məşğulluğun, faizinpulun ümumi nəzəriyyəsi” əsərində müxtəlif xalqların psixologiya və təfəkkürünün iqtisadiyyata necə təsir etdiyini araşdırıb. Keyn yazır ki, ingilis investisiyanı gözlənilən gəlirə görə yatırdığı halda, amerikalı qurulan işin gələcəkdə dəyərinin artmasını əsas tutur. Sadə dillə izah etsək, amerikalı biznesində alverçi psixologiyasından çıxış edir, gözlənilən faktiki gəlirlər haqqında proqnozlara fikir vermir. Necə deyərlər, soğan olsun nağd olsun.

Hər hansı bir xalqı digərlərindən fərqləndirən müəyyən keyfiyyətlərin özübiznesin inkişafına təsir edir. Məsələn, almanlar çap məhsullarına ifrat diqqət və yüksək tələbkarlıqla yanaşdıqlarından bu ölkədə istehsal edilən poliqrafiya avadanlıqları ən yüksək tələblərə cavab verir. Əsrlər boyu Kunfutsi ideologiyasının təsiri altında yaşayan yaponlar üçün ömürlük muzdurluqişçinin nadir halda işdən çıxarılması norma olduğundan yapon şirkətləri yeni işçiləri böyük ehtiyatla yığır, istehsalatı sürətlə avtomatlaşdırmağa can atırlar.

İqtisadiyyatla milli psixologiyaların inteqrasiyasının onilliklər boyu öyrənilməsi artıq dayanıqlı yeni bir elmin - iqtisadi psixologiyanın yaranması ilə nəticələnib. Milli psixologiya bir-birindən adət və ənənələri, ideologiya və mədəniyyəti ilə seçilən etnosların elementlərindən yalnız biridir. Etnosun milli psixologiya anlayışından daha geniş olduğunu nəzərə alan alimlər iqtisadi psixologiya ilə yanaşı, yeni bir elmin - etnoiqtisadiyyatın da inkişafına təkan veriblər. Etnoiqtisadiyyat ənənələrin, adətlərin, mədəniyyətin, psixologiyanın və müxtəlif etnosların dini baxışlarının iqtisadi proseslərə təsirini və qarşılıqlı əlaqəsini öyrənir. Burada iqtisadi proseslərin etnosdan birinci olması vacib şərt kimi irəli sürülmür. Çünki məhz etnosun xüsusiyyətlərinin iqtisadiyyata təsirini göstərən yüzlərlə fakt mövcuddur. Məsələn, mütəxəssislər bəzi milli şirkətlərin dünya liderləri sırasına çıxmasını bir sıra məhsullara milli aludəçiliyin təsiri ilə izah edirlər. Yaponlar hələ İkinci Dünya müharibəsinin əvvəlindən bu günədək ailə həyatlarının vacib məqamlarını fotokinoya həkk etməyi sevirlər. Məhz bu amil yapon istehsalçılarını foto və kinoaparatların keyfiyyətinə ciddi fikir verməyə vadar edib. Nəticədə bu ölkə fotovideo avadanlıqlarının istehsalında dünya liderinə çevrilib. İngilislər bağa baxmağı sevdiklərinə görə onların istehsal etdiyi bağbançılıq ləvazimatları ilə dünyada rəqabətə girə bilən ikinci ölkə yoxdur. Amerikalıların isə istirahətə, musiqiyə, idmana, kinoteleviziyaya hədsiz marağı ABŞ-ı bu sahələrdə liderə çevirib. Yaxud götürək, italiyalıları, onların geyimə, mətbəxə və sürətli maşınlara dəli sevgisi bu sahədə İtaliyanı irəli çəkib. İsveçdə əlillərə ənənəvi qayğı onunla nəticələnib ki, həmin ölkədə əlillər üçün məhsullar hazırlayan yüksək rəqabətqabiliyyətli yeni sahə yaranıb. Almanların keyfiyyətli texnikaya sonsuz aludəçiliyi bu ölkəyə ən dözümlü avtomobilbir çox mükəmməl mexanizmlərin istehsalında dünya liderliyini qazandırıb.

Nəzərə almaq lazımdır ki, etnosun müxtəlif elementləri - ehtiras, ənənələr, inanclars. iqtisadiyyata ciddi təsir edir. Məsələn, Yaponiyada havalar isti və rütubətli keçdiyindən kondisionersiz ötüşmək olmur. Lakin yaponların mənzilləri o qədər də böyük olmadığı üçün orada iri və səsli kondisionerlər yaramır. Beləliklə, yaponların əsas kütləsinin yaşayış tərzi ona təkan verdi ki, dünyanın əksər bazarlarında yaponların istehsal etdikləri səssiz və kiçik məişət kondisionerləri liderliyi ələ aldı. Eləcə də tələbkar və kompakt ölçülərə ehtiyac duyan yaponların istehsal etdikləri bütün məişət avadanlıqları da həmçinin.

Almaniyada isə müştərilər konservativ olduğundan yeni məhsula şübhə ilə yanaşırlar. Ona görə də alman müəssisələri ömrü qısa - 4-5 il olan məhsulların istehsalında nadir hallarda irəli gedə bilirlər. Əgər Yaponiyada müəssisənin müflis olması təbii hal kimi başa düşülürsə, bu, almanlarda səs-küylə nəticələnir ki, o da yeni müəssisələrin yaranmasına mənfi təsir edir.

Amma onlardan fərqli olaraq italiyalılar təbiətən risk etməyi sevir, müstəqilliyə can atırlar. İtaliyalıların əksəriyyəti öz işlərini yaratmağa can atırlar. Elə buna görə də bu ölkədə müflis olan müəssisələrin faizi yüksəkdir. Bu isə İtaliyada kiçik biznesin zəif inkişafına şərait yaradır. Ona görə də bazarda yerini qorumaq üçün İtaliya firmaları daim yeni məhsul modelləri istehsal etməyə məcburdurlar.

Ən maraqlısı və çətin başa düşülən postsovet respublikalarında zorən formalaşdırılan yenisovet adamı”nın psixologiyası və onun bütün keçmiş respublikalarında bəzi fəsadlara səbəb olan qalıqlarıdır. O dönəmdə müəssisənin, sovxozun əmlakı dövlət mülkiyyəti elan edilsə də, zəif, ədalətsiz və reallıqlardan bəhrələnməyən ideologiya bu əmlakla hamını - rəhbərlikdən tutmuş fəhləyədək özgə malı kimi rəftar etməyə sövq edirdi. Təbliğat, ideologiya nə qədər geniş miqyasda aparılsa və nə qədər güclü olsa da, ölkə miqyasında insanların şüurunda dövlət mücərrəd bir anlayış kimi qəbul edilirdi. Baş katiblər nüfuzlu təqdim edildikləri qədər də lətifələrin qəhrəmanı kimi dildən-dilə düşürdülər. Sovet bərabərliyi, sovet maaşı, “bir nəfərin hamı, hamının bir nəfər üçün” çalışması insanların çoxunu saxtakarlığa, əliəyriliyə məcbur etmişdi.

Böyük imperiya dağılsa da, aradan onilliklər keçsə də sovet psixologiyasının qalıqları postsovet məkanında öz təsirini bu gün də göstərir. O cümlədən ölkəmizdə də aparılan irimiqyaslı vacib islahatların həyata keçirilməsində, biznesin, sahibkarlığın inkişafında müəyyən maneələr yaradır.

Bu amillərdən bəzilərini nəzərdən keçirək. Heç kəsə sirr deyil ki, belə çətinliklərlə əsasən kiçikorta sahibkarlar rastlaşırlar. Ticarət şəbəkələrində, restoranlarda, fermer təsərrüfatlarında işə girən köhnə sovet adamları, bəzi hallarda isə o dövrlə heç bir əlaqəsi olmayan cavanlar düzgün işləməyi yox, oğurluğu norma sayırlar. Sonralar bu oğurluq korrupsiya, rüşvətxorluq, məmur harınlığına çevrilir. Düzdür, dövlət belə hallara qarşı ciddi tədbirlər görür, çevik islahatlar aparır. Amma bu zaman sahibkarların keçmiş sovet psixologiyasının qalıqlarından qurtulması üçün tədbirlər unudulur.

Necə olur ki, ingilis Böyük Britaniyada oturub dünyanın hər yerində, o cümlədən Azərbaycanda şirkət açır, qazanc götürür və işçiləri onun qəpiyinə belə toxunmur, bizim sahibkar isə deyir ki, işinin üstündə özün olmasan o, batacaq. Onun şübhələrinə haqq qazandıran faktlar kifayət qədərdir. Bu yaxınlarda təcrübəli anbardar axtaran böyük şirkətlərdən birində bu yerə iddia edən namizəddən soruşublar: “Hansı maaş səni qane edir?”. Cavabı nə olsa yaxşıdır: “Nə versəniz bəsimdi, heç maaş verməsəniz də olar”. Niyəsini soruşanda düşünmədən cavab verib ki, anbardı da, tozu da ona bəsdir.

Ancaq bu, azərbaycanlı təfəkkürü deyil! Biz xalq kimi əsrlər boyu belə düşünmüşük ki, başqasının hətta çəpərindən götürülən bir çöp belə, oğurluqdur, ən ağır günahdır. Çəkidə və ölçüdə aldatmaq min illər boyu ən böyük qəbahət sayılıb. Bəs, onda bazarlardahalal tərəzi” deyib qışqıraraq alverinə haram qatanlar kimlərdir?

Görünür, bütün bu suallara cavab axtarmaq üçün alimlərimiz ciddi çalışmalı, araşdırmalar aparmalıdırlar. Çünki bütün dünyada son zamanlar milli iqtisadiyyatların tədqiqatına geniş fikir verilir, xüsusiyyətləri öyrənilərkən tədqiq edilən ölkənin coğrafiyası, tarixi, dini, mədəni və psixoloji amilləri nəzərə alınır. İqtisadi psixologiya ilə yanaşı, etnoiqtisadiyyat elmi formalaşır. Adı nə qədər qəribə görünsə də, onun inkişafı bu gün vacibdir. Üstəlik, bir sıra tədqiqatçılar etnososiologiya, etnoekologiya kimi digər elmlərin də inkişafını zəruri sayırlar. Bu gün ölkə iqtisadiyyatının inkişafında sadaladığımız yeni elmlərin təmsilçiləri milli psixologiya ilə islahatların qarşılıqlı əlaqələrini araşdırmalıdırlar.

Meqoiqtisadiyyatdaiqtisadi adammodelinin stereotip surətinin öyrənilməsi də vacibdir. Biz bilməliyik ki, klassik bazar iqtisadiyyatına alışan, bazar ənənələrinin çoxəsrlik ənənələrinə sahib olan italiyalı, yapon, alman, ingilis, fransız və isveçlə azərbaycanlı arasında hansı ümumi cəhətlər və fərqlər mövcuddur? Belə tədqiqatların aparılması bizə özümüzü dərk etməyə, iqtisadi islahatlardan nəyi gözlədiyimizi bilməyimizə imkan verəcək. Çünki biznesin, sahibkarlığın inkişafında biz yerimizi tapmalıyıq, başqalarından nədə üstün olduğumuzu və nədə geridə qaldığımızı aydın görməliyik.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan. - 2016.- 18 fevral.- S.11.