Portuqaliya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Marselo Rebelo de Susaya

 

Hörmətli cənab Rebelo de Susa,

Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq əməkdaşlıq münasibətlərinin inkişafı genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 fevral 2016-cı il.

 

Azərbaycan. - 2016.- 19 fevral.- S. 1.