Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib

 

Fevralın 19-da Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 2015-ci il payız sessiyasında komitədə görülmüş işlər barədə məlumat verilib.

Bununla bağlı hesabatı təqdim edən komitənin sədri Rafael Hüseynov bildirib ki, 2015-ci ilin payız sessiyası dövründə dörd iclas keçirilib. Payız sessiyasında “Kütləvi informasiya vasitələri haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “İctimai televiziyaradio yayımı haqqında”, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanıb. Yeni qanun layihələri üzərində işlər aparılıb və həmin işlər hazırda davam etdirilir.

İclasda mədəniyyət komitəsinin 2016-cı ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı, “Kitabxana işi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Kinematoqrafiya haqqında” qanun layihəsi, “Azərbaycan televiziya məkanında maarifləndirici, musiqili-bədii və əyləncəli verilişlər: proqram siyasətinin mövcud vəziyyəti, problemlər, vəzifələr” mövzusunda komitə xətti ilə keçiriləcək müşavirənin planının müzakirəsi, komitə üzvlərinin seçildikləri dairələrlə əlaqədar fəaliyyətləri və cari məsələlər barədə danışılıb.

Kitabxana işi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən sənədin 6-cı maddəsinin ikinci hissəsinin yeddinci abzasına, 8-ci maddəsinin dördüncü hissəsinə və 15-ci maddəsinin ikinci hissəsinə birinci halda “Azərbaycan” sözündən sonraMillisözü əlavə edilməsi nəzərdə tutulur.

Kinematoqrafiya haqqında” Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq filmlərin istehsalı və yayımlanmasının dövlət tənzimlənməsini müəyyən edir, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir.

Bildirilib ki, Azərbaycan Respublikasında kinematoqrafiya fəaliyyətinin subyektləri dövlət orqanları, fizikihüquqi şəxslər, həmçinin mədəniyyət müəssisələri və qeyri-hökumət təşkilatları ola bilərlər. Kinematoqrafiya sahəsində sahibkarlıq fəaliyyəti filmlərin istehsalı, yayımlanması, çoxaldılması, nümayişis. ilə əlaqədar olan fəaliyyətləri əhatə edir.

Mədəniyyət komitəsinin iclasında 2015-ci ilin payız sessiyası dövründə görülən işlər qənaətbəxş hesab edilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 20 fevral.- S. 3.