Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, 5, maddə 400, 6, maddə 500; 2013, 2, maddə 119) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissə ləğv edilsin.

2. Həmin fərmanla təsdiq edilmiş Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydasında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci bənddə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra - DTXK) tərəfindən sözləri çıxarılsın, iştirakı ilə sözləri tərəfindən sözü ilə əvəz edilsin;

2.2. 4.1-ci, 4.2-ci, 4.4-cü, 5.5-ci, 7.1-ci, 8.3-cü (birinci halda), 8.4-cü, 8.8-ci bəndlərdə ismin müvafiq hallarında DTXK abreviaturası ismin müvafiq hallarında ƏMDK abreviaturası ilə əvəz edilsin;

2.3. 4.2-ci bənddən ƏMDK-nın müvafiq ərazi bölməsinin nümayəndəsinin, sözləri çıxarılsın;

2.4. 5.5-ci bənddən ƏMDK-nın müvafiq ərazi bölməsinin nümayəndəsi, sözləri çıxarılsın;

2.5. 8.3-cü bənddən DTXK-nın və sözləri çıxarılsın;

2.6. 5.6-cı bənddə DTXK-nın və ƏMDK-nın sədrləri sözləri ƏMDK-nın sədri sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2016-cı il

 

Azərbaycan.- 2016.- 21 fevral.- S. 1.