Azərbaycan Respublikasının 2001- ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli  Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 443; 2006, ¹ 6, maddə 486, ¹ 11, maddə 927, ¹ 12, maddə 1013; 2007, ¹ 1, maddə 1, ¹ 5, maddə 441, ¹ 8, maddə 756, ¹ 11, maddə 1078; 2008, ¹ 3, maddə 155, ¹ 4, maddə 253; 2009, ¹ 6, maddə 399; 2010, ¹ 3, maddə 171, ¹ 6, maddə 484) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 56-cı maddədə “3 (üç) ildə bir dəfədən çox olmayaraq” sözləri “5 (beş) ildə bir dəfədən çox olmayaraq” sözləri ilə əvəz edilsin.

2. 57-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan attestasiya komissiyası vergi orqanlarının vəzifəli şəxsinin tutduğu vəzifəyə uyğun gəldiyi və ya uyğun gəlmədiyi, habelə işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəldiyi haqqında 3 (üç) qiymətdən yalnız birini verir.”.

3. Aşağıdakı məzmunda 57-1-ci və 57-2-ci maddələr əlavə edilsin:

“57-1. Attestasiya olunan vergi orqanlarının vəzifəli şəxslərinə onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

57-2. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallarcavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katibattestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.”.

4. 57-ci maddənin ikinci cümləsində “qərarında” sözü “qiymətində” sözü ilə, 75-ci maddənin 4-cü bəndində isə “qərarı” sözü “qiyməti” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2015-ci il

 

Azərbaycan.- 2016.- 23 fevral.- S. 2.