Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 452, ¹ 12, maddə 731; 2002, ¹ 12, maddə 706; 2005, ¹ 10, maddə 902; 2006, ¹ 11, maddə 927; 2007, ¹ 1, maddələr 1, 4, ¹ 2, maddə 82, ¹ 6, maddə 570, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1078, 1081; 2008, ¹ 3, maddə 155, ¹ 4, maddə 250, ¹ 8, maddə 696; 2009, ¹ 6, maddə 399, ¹ 11, maddələr 877, 878; 2010, ¹ 3, maddə 171, ¹ 11, maddə 944; 2011, ¹ 2, maddə 71, ¹ 11, maddə 988; 2012, ¹ 11, maddə 1039; 2014, ¹ 3, maddə 238) aşağıdakı məzmunda 14.4-cü və 14.5-ci maddələr əlavə edilsin:

“14.4. Attestasiya olunan prokurorluq işçisinə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

14.5. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallarcavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katibattestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2015-ci il

 

Azərbaycan.- 2016.- 23 fevral.- S. 2.